Nida Xəbər
Azərbaycan-Qırğızıstan arasında sərnişin və yükdaşımaları sadələşdirilir
Azərbaycanla Qırğız Respublikası arasında sərnişin və yükdaşımaları sadələşdirilir.
Publika.az xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib.
Saziş tərəf dövlətlər arasında avtomobil əlaqələrini və onların əraziləri üzrə tranziti daha da inkişaf etdirmək və daşıma şərtlərini sadələşdirmək məqsədi daşıyır, sərnişin və yük daşımaları istiqamətində münasibətlərin tənzimlənməsinə xidmət edir.
Sənəd 24 maddədən ibarətdir.
Sazişə uyğun olaraq, hər iki dövlət ərazisində qeydiyyatda olan avtonəqliyyat vasitələri ilə beynəlxalq avtomobil əlaqələri üçün açıq yollarla onların ərazisində və ya tranzitlə yüklərin və sərnişinlərin müntəzəm və qeyri-müntəzəm avtomobil daşımaları həyata keçirilir.
Razılaşmaya əsasən, sərnişinlərin avtobuslarla müntəzəm daşınması tərəflərin səlahiyyətli orqanları arasında əvvəlcədən razılaşdırılmaqla təşkil olunur və bununla bağlı təkliflər digər tərəfə əvvəlcədən verilir. Bu təkliflər daşıyıcının adı, marşrutu, hərəkət cədvəli, tarifi, dayanacaq nöqtələri, planlaşdırılan dövr və müntəzəmlik barədə məlumatları ehtiva etməlidir. Avtobuslarla qeyri-müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi üçün isə tərəflərin səlahiyyətli orqanları tərəfindən verilən icazələr tələb olunur.
Tərəflər arasında, onların ərazisindən tranzitlə, həmçinin üçüncü dövlətlərə yüklərin daşınması prosesi tərəflərin səlahiyyətli orqanları tərəfindən verilən icazələr əsasında qeydiyyatdan keçmiş yük avtonəqliyyat vasitələri ilə həyata keçirilir. Təhlükəli, ağırçəkili və iriqabaritli yüklərin daşınması üçün xüsusi icazə tələb olunur.
Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” 31 iyul 2026-cı il tarixində Çolpon-Ata şəhərində imzalanıb.
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq












.jpg)













.jpg)









