Nida Xəbər
Yəsəvi irsi Bakıda: “Mavi Günbəzin sirri” sərgisi açıldı - FOTO
30 sentyabr 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu tərəfindən hazırlanmış “Mavi Günbəzin sirri” adlı Beynəlxalq Sərginin açılış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, layihə Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayevin Xoca Əhməd Yəsəvi irsinin Qazaxıstanda və xaricdə öyrənilməsi, qorunması və geniş şəkildə təbliğinə dair tapşırıqlarının icrası istiqamətində həyata keçirilən sistemli işlərin davamı olaraq reallaşdırılıb.
Sərgi Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə mədəni-humanitar əməkdaşlığın inkişafı və türk xalqlarının ortaq irsinin təbliği çərçivəsində keçirilir.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Qazaxıstan Respublikasının “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğunun direktoru Yerlan Dakenov, Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri Leyla Həsənova və Maksat Arqınbekov çıxış ediblər.
Rəsmi hissədən sonra tədbir iştirakçıları “Mavi Günbəzin Sirri” beynəlxalq sərgisinin ekspozisiyası ilə tanış olublar.
Açılışı baş tutan sərgi ziyarətçilərə qədim Türküstanın tarixi-mədəni irsi və Xoca Əhməd Yəsəvi məqbərəsinin zəngin memarlıq xüsusiyyətlərini təqdim edib. Ekspozisiyada abidənin maketləri, XII–XIV əsrlərə aid orijinal kaşı nümunələri və memarlıq fraqmentləri, eləcə də nadir kufi xəttatlıq nümunələri nümayiş olunub.
Bununla yanaşı, sərgidə Xoca Əhməd Yasəvinin mənəvi irsini, o cümlədən onun şəcərəsini və təliminin (“Nəsəbnamə”) türk xalqlarına təsirini əks etdirən əlyazma və sənədlər də təqdim olunub.
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı






.jpg)








.png)

.jpg)



.jpg)
















