Nida Xəbər
General qızının ev dustaqlığına prokurordan etiraz
Prokuror general Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı Türkər Əliyeva barəsində çıxarılan ev dustaqlığı qərarından protest verib.
Publika.az Qafqazinfo-ya istinadla xəbər verir ki, protest artıq məhkəməyə təqdim edilib.
Prokuror ağır cinayətdə ittiham olunan mediator xanımın azadlıqda qalmasına razı deyil. İstintaqdan yayınma, tərəflərə təsir ehtimalları da əsas götürülərək general qızının həbs edilməsi tələb olunur.
Şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq.
İş üzrə şikayətçi də ehtiyatda olan general-mayor - Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Ceyhun Rzayevdir. İttihama görə, T.Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə Ceyhun Rzayevdən külli miqdarda pul alıb.
Ötən həftəsonu Sumqayıt Şəhər Məhkəməsi Türkər Əliyevanın həbs olunması ilə bağlı təqdimatı təmin etməyib. Hakim onun təkbaşına böyütdüyü üçü azyaşlı, biri yetkinlik yaşına çatmayan övladının olmasını, dəymiş ziyanın bir qismini ödəməsini əsas götürüb.
-
Rəsmi xronika13:35Prezident bu sahəyə 1 milyon manat ayırdı
-
Region13:20Ermənistan silahlı qüvvələri “fəhlə-kəndli ordusu”na çevrilir: Manukyan nəyə eyham vurur?
-
Nida Xəbər 13:08Manatın taleyi ilə bağlı mühüm qərar - Mərkəzi Bank hərəkətə keçir
-
Rəsmi xronika12:13Prezident bu qərarı təsdiqlədi
-
Sosial11:3725 iş günü, 11 min dollar maaş - Azərbaycanda iş elanı
-
Nida Xəbər 10:40Hökumət üzvləri parlamentdədir
-
İdman10:30Güzgü qarşısında: Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA heyrətləndirdi
-
Nida Xəbər 10:18Azərbaycanın QHT nümayəndələri yenə də Ermənistana gedirlər










.jpg)

























