Qara dənizdə təhlükəsizlik: Bu ölkə Bakı, Ankara və İrəvanla danışıqlar aparacaq
Bizi izləyin

Avropa

Qara dənizdə təhlükəsizlik: Bu ölkə Bakı, Ankara və İrəvanla danışıqlar aparacaq

Qara dənizdə təhlükəsizlik: Bu ölkə Bakı, Ankara və İrəvanla danışıqlar aparacaq

Rumıniya Qara dəniz bölgəsində təhlükəsizlik və nəqliyyat əlaqəsi ilə bağlı Azərbaycan, Ermənistan və Türkiyə ilə danışıqlar aparmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə Rumıniyanın yeni xarici işlər naziri Dan Nekulasku Brüsseldə keçiriləcək Aİ Xarici İşlər Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib.

O, Şura iclasından sonra Qara dəniz regionuna yönəlmiş ayrıca nazirlər görüşünün planlaşdırıldığını və tədbirdə Avropa İttifaqının tərəfdaşlarının iştirak edəcəyini açıqlayıb.

"Yalnız bağlantı deyil, həm də təhlükəsizlik məsələlərini müzakirə etmək vacibdir. Bu, çox vacibdir və tərəfdaşlarımızın fikirləri də çox vacibdir", - nazir deyib.

O, Buxarestin regional tərəfdaşlarla bu məsələlərin müzakirəsinə xüsusi əhəmiyyət verdiyini vurğulayıb.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm