Nida Xəbər
Manatın taleyi ilə bağlı mühüm qərar - Mərkəzi Bank hərəkətə keçir
Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov qurum tərəfindən 2027–2030-cu illəri əhatə edən Maliyyə Sektorunun İnkişaf Strategiyasının hazırlandığını bildirib.
Publika.az xəbər verir ki, sədr Mərkəzi Bankın qarşısında duran ən əsas prioritetlərin məhz qiymət sabitliyinin təmin edilməsindən ibarət olduğunu vurğulayaraq, pul siyasətinin əsas lövbəri olan sabit məzənnə rejiminin qorunması üçün mövcud bütün zəruri alətlərdən qətiyyətlə istifadə olunacağını diqqətə çatdırıb.
T.Kazımov 2024–2026-cı illəri əhatə edən cari maliyyə sektoru strategiyasının icra səviyyəsinin hazırda 91 faiz təşkil etdiyini qeyd edərək, cari ilin sonunadək növbəti dövrü əhatə edən yeni strategiyanın tamamlanmasının nəzərdə tutulduğunu bildirib.
Onun sözlərinə görə, hazırlanmaqda olan yeni strategiyada iki fundamental istiqamətə xüsusi diqqət yetiriləcək. Bunlardan birincisi maliyyə sektorunun hərtərəfli inkişafı, real sektorun keyfiyyətli maliyyələşdirilməsi, rəqəmsallaşma səviyyəsinin artırılması, innovativ həllərin tətbiqi, həmçinin maliyyə xidmətlərinin əlçatanlığının və coğrafi əhatə dairəsinin genişləndirilməsidir. İkinci əsas istiqamət isə tənzimləmə siyasətinin daha da təkmilləşdirilməsi və bunun vasitəsilə bütövlükdə maliyyə sektorunun uzunmüddətli dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsidir.
-
Region13:20Ermənistan silahlı qüvvələri “fəhlə-kəndli ordusu”na çevrilir: Manukyan nəyə eyham vurur?
-
Nida Xəbər 13:08Manatın taleyi ilə bağlı mühüm qərar - Mərkəzi Bank hərəkətə keçir
-
Rəsmi xronika12:13Prezident bu qərarı təsdiqlədi
-
Sosial11:3725 iş günü, 11 min dollar maaş - Azərbaycanda iş elanı
-
Nida Xəbər 10:40Hökumət üzvləri parlamentdədir
-
İdman10:30Güzgü qarşısında: Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA heyrətləndirdi
-
Nida Xəbər 10:18Azərbaycanın QHT nümayəndələri yenə də Ermənistana gedirlər
-
Cinayət dünyası09:36“Bossların bossu” öldü









.jpg)



.jpg)





















