Dünya
Meloniyə üç şərt: Ukraynaya yardımı dayandır, miqrantları geri göndər və ...
İtaliyanın “Milli Gələcək” partiyasının lideri Roberto Vannacci gələcək parlament seçkilərindən sonra müəyyən şərtlər daxilində Baş nazir Corcia Meloninin hökumətini dəstəkləyə biləcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.
Vannacci hökumətə dəstək müqabilində üç əsas tələb irəli sürüb. Bunlar Ukraynaya hərbi və maliyyə yardımının tamamilə dayandırılması, assimilyasiya olunmamış miqrantların ölkələrinə qaytarılması və Avropa İttifaqının “Yaşıl saziş” siyasətindən imtina edilməsidir.
Nəşrin məlumatına görə, siyasətçi gələcək parlamentdə öz fraksiyasının Meloniyə şərtlərini qəbul etdirmək üçün kifayət qədər mandat qazanacağına ümid edir. O, hökumətdə nazir vəzifəsi tutmağa ehtiyac görmədiyini, “Milli Gələcək” partiyasının rəhbəri olaraq qalmaq istədiyini bildirib.
Hazırda partiyanın elektorat arasında dəstəyi təxminən 7 faiz səviyyəsindədir. Analitiklər hesab edirlər ki, belə nəticə Meloninin parlament çoxluğu formalaşdırmasını çətinləşdirə bilər. Bu halda Vannaccinin dəstəyi koalisiya danışıqlarında mühüm amilə çevriləcək.
Qeyd edək ki, bir neçə gün əvvəl Corcia Meloni ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında Dublində keçirilən Aİ sammiti çərçivəsində qeyri-rəsmi görüşü baş tutub.
Müəllif: Adəm
-
Region13:20Ermənistan silahlı qüvvələri “fəhlə-kəndli ordusu”na çevrilir: Manukyan nəyə eyham vurur?
-
Nida Xəbər 13:08Manatın taleyi ilə bağlı mühüm qərar - Mərkəzi Bank hərəkətə keçir
-
Rəsmi xronika12:13Prezident bu qərarı təsdiqlədi
-
Sosial11:3725 iş günü, 11 min dollar maaş - Azərbaycanda iş elanı
-
Nida Xəbər 10:40Hökumət üzvləri parlamentdədir
-
İdman10:30Güzgü qarşısında: Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA heyrətləndirdi
-
Nida Xəbər 10:18Azərbaycanın QHT nümayəndələri yenə də Ermənistana gedirlər
-
Cinayət dünyası09:36“Bossların bossu” öldü














.jpg)


















