Nida Xəbər
Moskva Bakı və İrəvanın bu qərarına hörmətlə yanaşır - Zaxarova
2020-2022-ci illərdə Azərbaycan və Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə əldə edilən irəliləyiş bu gün də aktuallığını qoruyub saxlayır.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Zaxarovanın sözlərinə görə, tərəflərdən heç biri müqavilələrdəki imzalarını geri götürməyib.
"Əlbəttə ki, biz Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin davam etdirilməsini alqışlayırıq və dəstəkləyirik. Bakı ilə İrəvan arasında davamlı sülh bütün Cənubi Qafqazda sabitlik və rifah üçün əsas amillərdən biridir. Bu, təkcə region dövlətlərinin deyil, həm də onların yaxın qonşularının - Rusiya, İran və Türkiyənin maraqlarına uyğundur", - Zaxarova bildirib.
O xatırladıb ki, Ermənistan-Azərbaycan sülh prosesinin hazırkı mərhələsi Rusiyanın təşəbbüsü ilə 2020-ci ildə başlayıb. Bu müddət ərzində Moskvanın fəal iştirakı ilə əhəmiyyətli nəticələr əldə edilib.
Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə əldə edilən üçtərəfli razılaşmalara əsasən, əməkdaşlığın əsas sahələri üzrə yol xəritəsi hazırlanmışdır. Bunlara sülh müqaviləsinin razılaşdırılması, regionda nəqliyyat və iqtisadi əlaqələrin hərtərəfli şəkildə açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, eləcə də iki ölkə arasında etimad mühiti yaratmaq üçün vətəndaş cəmiyyəti nümayəndələri arasında əlaqələrin qurulması daxildir.
Zaxarovanın sözlərinə görə, hazırda Bakı və İrəvan bir-biri ilə birbaşa dialoqa üstünlük verirlər və Moskva bu qərara hörmətlə yanaşır.
Müəllif: Tural
-
Nida Xəbər 15:28Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR
-
Sosial14:54Sabiq deputatın əmlakları milyonlarla manata satışa çıxarılır
-
İdman14:06Cazibədar basketbolçu soyundu: Ceyms Bondun sevgilisi olmaq istəyir - FOTO
-
Rəsmi xronika13:52Əliyev Vyetnamın Milli Assambleyasının sədri ilə görüşdü - YENİLƏNDİ
-
Rəsmi xronika12:36Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
-
Nida Xəbər 11:21Media müsabiqələrində YENİLİK
-
Elm və təhsil10:40Rektor təyin olunan Məleykə Abbaszadədən ilk açıqlama: “Böyük vədlərlə başlamaq istəməzdim”
-
Yaxın Şərq10:28NATO Türkiyənin təhlükəsizliyini təmin edə bilmədi - Fidandan vacib açıqlama






.jpg)














.png)
















.png)

