Ermənistanın heç bir lideri bu qədər vulqar davranmayıb - Ter-Petrosyan Paşinyan haqda
Bizi izləyin

Region

Ermənistanın heç bir lideri bu qədər vulqar davranmayıb - Ter-Petrosyan Paşinyan haqda

Ermənistanın heç bir lideri bu qədər vulqar davranmayıb - Ter-Petrosyan Paşinyan haqda

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan brifinq zamanı Baş nazir Nikol Paşinyanın jurnalist Hripsime Cebecyanla söhbətini şərh edərkən bildirib ki, heç bir Ermənistan lideri bu qədər vulqar davranmayıb.

Publika.az xəbər verir ki, Ter-Petrosyan bu barədə sosial mediada yazıb:

"Ermənistan Jurnalistlər Birliyinin Nikol Paşinyanın təhqiramiz ritorikası ilə bağlı bəyanatını böyük məmnuniyyətlə oxudum. Heç bir Ermənistan lideri xalqın qarşısında bu qədər kobud davranmayıb. Bu, onun yaratdığı "əsl Ermənistan"ın obrazıdır".

Keçmiş prezident ümid etdiyini bildirib ki, ölkədəki hadisələri izləyən beynəlxalq insan haqları təşkilatları bu bəyanatı qiymətləndirəcək və Paşinyanın Ermənistanın demokratik öhdəliklərini pozan davranışına göz yummayacaq.

Daha əvvəl Ermənistan Jurnalistlər Birliyi Baş nazir Nikol Paşinyanı media nümayəndələrinə "müharibə elan etməkdə" günahlandırmışdı. Təşkilat bəyanatda baş nazirin jurnalist Hripsime Cebecyana ünvanladığı ritorika və epitetləri qınamışdı. Noyabrın 19-da hökumət brifinqi zamanı Paşinyan jurnalisti "iyrənc" adlandırmışdı.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm