Digər
"Azercell" nüfuzlu "ITU Telecom 2015" sərgisində iştirak edir
Azərbaycanın mobil rabitə bazarının lider şirkəti Azercell Telekom Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi altında Macarıstanın paytaxtı Budapeştdə keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) ITU Telecom World 2015 sərgi-konfransında Azərbaycanı təmsil edir.
Azərbaycan və xeyli sayda yerli şirkətin pavilyonları
yerləşdirilən sərgidə müxtəlif informasiya-telekommunikasiya
şirkətləri öz xidmətlərini nümayiş etdirirlər. Azercell sərgidə M2M
həlləri və Barama Sahibkarlıq və Innovasiya mərkəzinin təqdim
etdiyi layihələri nümayiş etdirib. Şirkətin nümayiş etdirdiyi
yeniliklərdən biri olan M2M texnologiyası əsasında yaradılan
xidmətlərdir. Sözügedən texnologiya müxtəlif məişət və sənaye
sahələrində məlumatların toplanmasını və mobil rabitə vasitəsilə
istifadəçiyə dərhal göndərilməsini mümkün edir. M2M texnologiyaları
bank, nəqliyyat, təhlükəsizlik, neft-qaz sənayesi, kommunal
xidmətlər və digər sahələrdə tətbiq olunur.
Sərgidə eyni zamanda Barama Sahibkarlıq və Innovasiya mərkəzinin həyata keçirdiyi layihələr iştirakçılara təqdim olunub. Bildirilib ki, 2009-cu ildən fəaliyyətə başlayan Barama Mərkəzi ölkəmizdə yerli startap-ların üzə çıxmasına yardımçı olaraq, gənclər arasında həm texnoloji savadın, həm də sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə şərait yaradır. Mərkəz fəaliyyətdə olduğu 5 il ərzində bir çox uğura imza atıb. Mərkəz bazarda innovativ mühitin inkişaf etdirilməsi üçün bir sıra qlobal təşkilatlar, qurumlar və Qeyri Hökumət Təşkilatları ilə da əməkdaşlıq edir. Sərgidə Barama İnnovasiya Mərkəzi tərəfindən təqdim edilən Sumaks layihəsi böyük maraq doğurub. Qeyd edək ki, bu layihə evdə Təhlükəsizlik Sistemi gündəlik məişət proseslərini mobil telefon vasitəsilə idarə etməyə imkan verir. Məsələn, istifadəçi evdə olmadığı zaman qaz, su sızması, qısaqapanma, elektrik cihazların söndürülməsi və yaxud işə salınması və s. proseslərin baş verdiyi halda sistem tərəfindən avtomatik olaraq mobil telefonuna gələn SMS-lə məlumatlandırılmış olur.
Azercell-in fəaliyyəti və yüksək texnologiyalar əsasında təqdim etdiyi xidmətlər sərgi iştirakçıları ilə bərabər, həmçinin Macarıstanın dövlət nümayəndələri və iri özəl şirkətlərin də diqqətini cəlb edib. İnnovativ məhsullarla öz abunəçilərini daim sevindirən Azercell ölkəmizin
-
Region02:00Türkiyədə leysan yağışları daşqına səbəb oldu - Ölən var
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə qazanc gətirəcək
-
Sosial29 Aprel 22:32Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
-
ABŞ29 Aprel 20:48Pentaqon İrandakı əməliyyatın xərclərini açıqladı
-
Magazin129 Aprel 20:12Onun sürprizi Əməkdar artisti ağlatdı
-
Sosial29 Aprel 18:20Metro və avtobuslarda ödənişlə bağlı yenilik
-
Dünya29 Aprel 17:27İngilislər bu məkanları görmək üçün Türkiyəyə axın edirlər – Fotolar
-
Sosial29 Aprel 17:23Vətəndaşa dəstək: Prezidentdən təbii fəlakətin fəsadlarına qarşı mühüm addım













.jpg)


















