Digər
Faytonçu Nazim şou-biznesi "yuyub-sərdi"
Publika.Az-a verdiyi müsahibədə, adının qalmaqallarda hallanmamasının səbəbini açıqlayan Nazim, müdrikləşməyə doğru getdiyini dilə gətirib...
- İllər öncə adınız qalmaqallı verilişlərdə daha tez-tez
çəkilirdi. Ancaq indi nədənsə, sizi efirlərdə az-az
görürük...
- İnsan yaşa dolduqca müdrikləşir. Ancaq bəzi insanlar var ki,
onlarda tam əksinə olur. Yəni yüngülləşirlər (gülür).
Qalmaqallardan uzaqlaşmağım, yəqin ki, ağırlaşmağımdan xəbər
verir.
- Qalmaqal edən zamanlar özünüzü müdrik hesab etmirdiniz
?
- Onda cavan olduğum üçün özümdən tez çıxırdım, səbirli deyildim.
Bostanıma daş atan insanın cavabını verdiyim üçün adım qalmaqallı
müğənnilərin sırasında çəkilirdi.
- Bu zamanadək klipmeykerlərlə və ya prodüserlərlə problem
yaşamısınız?
- Xeyr, hələ ki, problemim olmayıb. Ancaq illər öncə rejissor Aqil
M.Quliyevlə “Necə unudum” klipinə görə mübahisəmiz olmuşdu. Ancaq
sonralar aramızdakı söz-söhbəti müəyyənləşdirdikdən sonra hər şey
həllini tapdı. Hazırda sözügedən insanla münasibətlərimiz
normaldır.
- Neçə il bundan öncə Aqil bəylə yaşadığınız problemə görə, yenə
də işlərinizi ona həvalə edərdiniz?
- Düşünmürəm ki, yenidən Aqillə problemim yaransın. Çünki həmin
klipmeykerdən son zamanlar heç kim şikayət etmir.
- Azərbaycan müğənniləri gündəmdə qalmaq üçün hansı yollara əl
atırlar ?
- Qalmaqal edib gündəmə gəlirlər. Çünki bunun özü də bir üsuldur,
ucuz piyarla məşğul olurlar. Ancaq özümdən cavan nəslə məsləhət
görərdim ki, çalışsınlar keyfiyyətli və səviyyəli musiqiyə üstünlük
versinlər. İfa etmək istədikləri mahnını oxumamışdan öncə, güzgüyə
baxıb fikirləşsinlər ki, buna səs tembrim imkan verir? Gənc nəslin
nümayəndələri səs tembrlərinə uyğun olmayan mahnıları ifa edib
özlərini gülünc vəziyyətə qoyurlar.
- Özlərini gülünc vəziyyətə qoyan ifaçılar kimlərdir ?
- “Şipşirin” Elçin verilişlərin birində Cahangir Cahangirovun
mahnısını ifa etmişdi. Ancaq mənim fikrimcə, onun sözügedən insanın
mahnsını oxuması hələ çox tezdir. Onu da deyim ki, həmin musiqini
ilk dəfə mərhum xanəndəmiz İslam Rzayev ifa edib. Sözügedən ifaçıya
dost, qardaş kimi məsləhət görərdim ki, üzərində xeyli işləsin.
Çünki Elçinin oxumağından razı qalmadım.
- Estrada ifaçılarından hansı müğənninin səs tembri sizə daha
çox yaxındır?
- Mənə yaxın olan və məni qane edən səs həmkarlarım Elton
Hüseynəliyev, Zamiq Hüseynov, Ayaz Qasımov və Ayanın səsidir.
- Şou-biznesdə eşq macəraları yaşayan cütlüklərə münasibətiniz
necədir ?
- Həmkarlarıma məsləhət görərdim ki, seçimlərini 1 dəfə yox, 777
dəfə etsinlər. Ən azından, fikirləşmək lazımdır ki, ailə qurub
xoşbəxt olmaq istəyən qız hansısa evin qızı, bacısı, ən önəmlisi
isə kiminsə qızıdır. Evlənib-boşanmış həmkarlarımı görəndə və ya
eşidəndə çox məyus oluram. Evliliyi bazara çevirmək olmaz. Odur ki,
evlənib-boşanan insanlara çox pis baxıram. Nəzərinizə çatdırım ki,
xalqın içində biz müğənnilərə qarşı pis fikir yaranır. Deyirlər ki,
müğənniyə qız vermərik. Çünki fikirləşirlər ki, biz müğənnilərdən
yaxşı ailə başçısı olmaz.
- Hazırda evlənib-boşananlar kimlərdir ?
- Ad çəkmək istəmirəm. Çünki evlilik şəxsi məsələdir.
- Bəs siz necə, evlilik mövzusunda seçiminizi düzgün
etmisiniz?
- Allahın bu gününə şükür edirəm ki, ailəmdən çox razıyam. Çünki 23
ildir ki, evliyəm və gözəl övladlarım var. Bununla da fəxr
edirəm.
Ceyran Əsgərqızı
Publika.Az
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO