Digər
Manatın ucuzlaşdırılmasına başlandı
“Mərkəzi Bankın məzənnə siyasətində valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərarını bircə cümlə ilə belə ifadə etmək olar: hökumət manatın yumşaq ucuzlaşdırılmasına start verdi”.
Bunu Publika.az-a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev bildirib. O qeyd edib ki, bu addım gözlənilən idi. Çünki baş verən proseslər manatı ciddi təzyiq altında saxlayırdı: “Mərkəzi Bank iki ayda manatın saxlanmasına 2,3 milyard dollar sərf edirdi. Bu isə valyuta ehtiyatının 15 faizinə bərabər idi. Mərkəzi Bank 2 yoldan birini seçməli idi: ya manatı kəskin ucuzlaşdırmaq (təxminən 20-30%), ya da tədricən ucuzlaşdırmaq. Göründüyü kimi, 2-ci yol seçildi. Çünki qeyri-neft sektorunun inkişafının prioritet elan edildiyi bir zamanda manatın devalvasiyası ehtimalı yüksək idi. Bu gün artıq manat dollara nəzərən 0,05% ucuzlaşıb. Bu ucuzlaşma avronun dünya bazarlarında dollara münasibətindən asılı olaraq davam edəcək.
Manatın məzənnəsinin bivalyuta səbəti əsasında müəyyənləşdirilməsi mexanizmi bizdə mövcud olub və ondan 2011-ci ildə imtina edilib. Həmin səbət 90/10 nisbəti əsasında dollar-avrodan ibarət idi. İndi səbətdə dollar və avronun payı haqqında məlumat verilməsə də, ehtimal etmək olar ki, ilkin dövr üçün əvvəlki səviyyədə saxlanılıb. Sonrakı dövrlərdə xarici ticarət dövriyyəsinin avrozonanın xüsusi çəkisindən asılı olaraq, avronun payı artırıla bilər. Hər bir halda bivalyuta səbəti manatın ucuzlaşmasını şərtləndirəcək”.
İqtisadiyyat şöbəsi
-
Nəqliyyat19:50Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - Rəsmi açıqlama
-
Hadisə19:408 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü - Foto
-
Rəsmi xronika18:10İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - Foto/Video/Yeniləndi
-
Dünya17:26İrandan qeyri-adi QƏRAR: Tramp və Netanyahunu öldürən mükafatlandırılacaq
-
Sosial17:01İlham Əliyev Can Quoçini qəbul etdi
-
Sosial16:33Mehriban Əliyeva WUF13-ün açılış mərasimindən paylaşım etdi
-
Nida Xəbər 15:15Mirziyoyev İlham Əliyevə təşəkkür etdi
-
Maraq dünyası14:22Bu bürcün nümayəndələrinin bəxti gətirəcək - Lap az qaldı













.jpg)
















.jpg)


