“Bank of Baku” kredit kartlarını dondurdu?
Bizi izləyin

Digər

“Bank of Baku” kredit kartlarını dondurdu?

Ölkədə fəaliyyət göstərən əksər banklar kredit verilişini dayandırıblar. Konkret olaraq “Bank of Baku”da kartlardan nağd pul çıxarışı aparmaq mümkün deyil.

Publika.az-a verilən məlumata görə, müştərilər kartlarından pul çıxarmaq istəsələr də, bank bu xidmətin müvəqqəti dayandırıldığını bildirib. Nəzərə çatdıraq ki, ölkədə dolların məzənnəsinin qalxması bankların manat gəlirlərini azaltsa da, dollar gəlirlərini artırıb. Mərkəzi Bank qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin 9%-dən 12%-ə qaldırıb. Artıq “Bank of Baku“ Əmanətlərin Sığortalanması Fondunun müəyyən etdiyi əmanət faizi dərəcəsindən yuxarı dərəcədə əmanətlərin cəlbi ilə bağlı reklam kampaniyasına start verib. Bank 12,5 faizlə əmanət cəlbi təklif edir.

Əmanətlər həm dollar, həm də manatla yatırıla bilər. Diqqəti çəkən isə odur ki, bank 500 manatı ötəcək əmanət gəlirlərinə tətbiq edilən gəlir vergisini ödəməyi də öz üzərinə götürür. Bu isə ölkənin ən çox müştəriyə sahib bankının pul qıtlığı yaşamasını göstərir.Xatırladaq ki, əvvəllər bank aşağı faiz və məzənnə ilə xaricdən valyuta alıb yüksək faizlərlə əhaliyə kredit verirdi. Hazırda dolların məzənnəsi möhkəmləndiyindən bankın daha çox qazanma imkanı da azalıb.

“Bank of Baku” ilə bağlı daha bir məqam dolların məzənnəsinin qalxmağa başladığı gündən “Bolkart”üzrə faizlərin artırılmasıdır. Halbuki kredit müqavilələrində açıq şəkildə gösətirilir ki, Mərkəzi Bank tərəfindən müəyyən edilən bank faizlərinin uçot dərəcəsi dəyişdirildiyi təqdirdə bank kreditdən istifadəyə görə faiz dərəcəsini dəyişə bilər. Amma bu barədə müştəriyə üç təqvim günü müddətində xəbər verilməlidir. Nəzərə alsaq ki, nə uçot dərəcəsi dəyişib, nə də müştərilər xəbərdar edilib, eləcə də taksit kartın valyutası manatdır, faizlərin qaldırılması absurddur.

Bu barədə suallarımıza cavab almaq məqsədilə bankın mətbuat xidməti ilə əlaqə saxlamağa cəhd etsək də, dəstəyin o biri tərəfindən səs çıxmadı.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm