Paranormal
İlin üçüncü Ay tutulması başa çatdı - (YENİLƏNDİ)
Bu ilin üçüncü Ay tutulması başa çatıb.
Publika.az xəbər verir ki, saat 07:07-dən başlayan yarımkölgəli Ay tutulması saat 08:31-də maksimum həddə müşahidə edilib və saat 09:52-də başa çatıb.
Bu təbiət hadisəsi Cənub/Qərbi Avropa, Afrika və Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanları və Antarktidada müşahidə edilib. Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) Aydan bir az tünd görünüb.
Ay tutulması Azərbaycanda müşahidə olunmayıb.
xxx
07:07
Bu gün yarımkölgəli Ay tutulması baş verir.
Bu barədə Publika.az-a AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Bildirilib ki, tutulma hadisəsi saat 07:07-də başlayacaq və saat 09:52-də sona çatacaq. Tutulmanın maksimumu saat 08:31-də olacaq.
Bu təbiət hadisəsini Cənub/Qərbi Avropa, Afrikanın çox hissəsi, Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanı, Antarktidada müşahidə etmək mümkün olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) Aydan bir az tünd görünəcək.
Qeyd edək ki, tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə hadisə Azərbaycanda müşahidə olunmayacaq.
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur







































