Qarabağ
Bu, ermənilərin ümumbəşəri dəyərlərə hörmətsizliyini göstərir - Aqil Şirinov
Ermənilərin işğaldan sonra Dağlıq Qarabağ ərazisində yerləşən məscidlərimizi tövlələrə çevirməsi universal dəyərlərin ayaq altına alınması deməkdir. Müqəddəs dəyərlərə bütün dinlərdə hörmət olunur. Buraya İslam da, Xristianlıq, İudaizm də və digər böyük dinlər də daxildir.
Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov deyib.
O, bildirib ki, dinlərin məbədləri, ibadət yerləri toxunulmazdır. Çox təəssüf ki, ermənilər bizim məscidlərimizin bir çoxunu donuz tövləsinə çevirib:

“Zəngilanda və Qubadlıda məcsidlərimizin tövləyə çevrildiyini gördük, o cümlədən və digər işğaldan azad olunmuş torpaqlarımız da bənzər halları görmək mümkünüdür. Bu, ermənilərin ümumbəşəri dəyərlərə hörmətsizliyini göstərir. Halbuki Bakının mərkəzində erməni kilsəsi yerləşir. Bu kilsə dövlət tərəfindən qorunur, ehtiram göstərilir, eyni zamanda içindəki kitablar da saxlanılır. Amma Azərbaycan məbədlərinə qarşı biz bu hörmətin cüzi bir faizini də görmürük. Məscidlərimizin hamısı dağıdılıb və ya başqa məqsədlər üçün istifadə edilib. İrəvan şəhərinin hər məhəlləsində bir məscid olub və bu məscidlərin əksəriyyəti dağıdılıb, bir məscid isə başqa xalqın adı ilə guya restavrasiya edilib. Bütün bunlar onu göstərir ki, Ermənistan xristianlığın belə dəyərlərinə sahib çıxmır. Tarixi faktlara əsaslamasa da, ermənilər dünya ictimaiyyətinə özlərini xristianlığın ilk qəbul etmiş xalqlardan biri kimi təqdim edirlər. Buna baxmayaraq, xristianlığın dəyərlərini də qorumurlar. Xristian dinin dəyərlərində başqalarının məbədlərinə qarşı belə vandalizm heç vaxt müsbət qarşılanmır. Onların məbədlərimizə qarşı bu hərəkətlərini nə dini, nə də insani baxımdan əsaslandırmaq mümkün deyil”.
Ermənilərin xeyli sayda itki verdiyini deyən ilahiyyatçı qeyd edib ki, artıq ilahi ədalət bərqərar olunmaq üzrədir: “Ermənilən Azərbaycan xalqına qarşı çox zülmlər edib. Rayonlarımızın işğal edildiyi dövrlərdə istər mülki əhaliyə qarşı, istərsə də maddi-mənəvi dəyərlərimizə vandal və zalım siyasəti yürütdülər. Zalımın da sonu belə olmalı idi, lazyiq olduqları cəzanı alırlar”.
Aytən Məftun
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO





































