Qarabağ
Paşinyan təslimçi sülhü imzaladı: Müharibə Azərbaycanın qələbəsi ilə başa çatdı
Ermənistanın baş naziri Şuşa məğlubiyyətindən sonra Azərbaycan Prezidentinin tələblərini qəbul etmək məcburiyyətində qalaraq kapitulyasiya elan etməyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etməsi ümumilikdə sentyabrın 27-dən başlanmış müharibənin aqibətini həll etdi. Bundan dərhal sonra bir gündə 72 yaşayış məntəqəsinin və 8 strateji yüksəkliyin azad olunması Ermənistan tərəfinin ağ bayraq qaldırmasına səbəb oldu.
Məlumata görə, yaxın saatlarda Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə video-konfransın təşkil olunacağı və kapitulyasiyanın şərtlərinin razılaşdırılacağı, razılaşma sənədinin imzalanacağı gözlənilir.
İmzalanacaq sənəd cəbhədə döyüşlərin dayandırılmasını və atəşkəsin elan olunmasını, Azərbaycan Prezidentinin tələblərinə uyğun olaraq, Kəlbəcər, Laçın və Ağdamdakı erməni işğalçı qüvvələrinin ən qısa zamanda bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutur.
Azərbaycan Ordusu isə bu günədək azad etdiyi mövqelərdə qalır. Razılaşma Ermənistan ordusunun ərazilərdən çıxarılmasına paralel olaraq, Türkiyə və Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsini də nəzərdə tutur.
Qarabağın statusu müzakirə mövzüsu olmayacaq!
Beləliklə, qış fəslinin yaxınlaşdığını nəzərə alaraq, Azərbaycan heç bir itki vermədən Kəlbəcər kimi böyük və strateji rayonun, ciddi müdafiə istehkamları qurulmuş Ağdamın və Laçının azad edilməsinə nail olacaq.
Bu, Azərbaycanın böyük hərbi və siyasi qələbəsidir!
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


















.jpg)

















.jpg)
.jpg)

