Qarabağ
Ərdoğanın baş müşaviri: Əhməd Cavad sağ olsaydı, İlham Əliyevə...
Qarabağ ikinci Çanaqqaladır.
Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu deyib.
Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilərini azad etmək uğrunda apardığı müharibədəki zəfəri haqqında danışan Y.Topçu bildirib ki, işğalçılara qarşı belə sülh əli uzadılıb: “Şəhid atamız Əhməd Cavad bu gün sağ olsaydı, “Bismillah” şeirinin bənzərini Qarabağı işğaldan azad edən Can Azərbaycanın Müzəffər Ordusuna və ata vəsiyyətini yerinə yetirən xeyirli övlad Ali Baş Komandan cənab İlham Əliyev üçün də yazardı. Azərbaycanın bu zəfərini insanlıq tarixi “Bəşəri Zəfər” kimi yazacaq. Çünki Azərbaycan beynəlxalq hüquqa, mülki insan haqlarına və təbiətə müharibə hüquqları və şərtləri çərçivəsində barmaq dişləyəcək dərəcədə riayət edib, üstün ikən belə məğlub təcavüzçüyə sülh əlini uzadıb”.
Yalçın Topçu sözlərinə belə davam edib: “Qarabağ Qafqazın və böyük Türk-İslam millətinin ikinci Çanaqqalasıdır. 1915-ci ildə Çanaqqalada dastan yazanların əkiz qardaşı olan Azərbaycan xalqı 1918-ci il və Qara Yanvarda Bakıda, indi isə 8 noyabrda Şuşada yazıblar. Öz torpaqları olan Qarabağı hücumçu Ermənistanın 30 illik zalım, alçaq işğalından azad ediblər. Azərbaycanın bu zəfəri, eyni zamanda, 28 ildir Ermənistana verdikləri qərarı tətbiq etdirə bilməyən BMT-nin də yara alan prestijinə dərman olacaq. Bu zəfər ilə 100 ildir verdiyimiz şəhidlərin ruhu şad oldu. Bölgə və dünya xalqları əmin olsun ki, Azərbaycanın bu Bəşəri Zəfəri bölgəyə sülh və rifah gətirəcək”.
Zümrüd
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
