Qarabağ
Ali Baş Komandan onlara xüsusi ehtiram göstərir - Milli Qəhrəman
Ordumuz bu qələbə ilə dünyaya sübut etdi ki, Azərbaycan Respublikası müstəqil dövlətdir, onun qüdrətli ordusu var və bununla da düşmənə öz yerini bildirdi. Qəhrəmanlarımız onu da göstərdi ki, Azərbaycan Ordusu 5-ci nəsil silahlarla çox yaxşı davranmağı bacarır. Həmçinin dünya hərb tarixinə yeni döyüş taktikasını yazdı.
Bu sözləri Publika.az-a açıqlamasında Milli Qəhrəman, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev deyib. O bildirib ki, Ermənistan bir daha güclü ordusu olan Azərbaycanın torpaqlarını işğal etməyə cəsarət etməyəcək:
“Uzun müddət Ermənistan ona vurulmuş zərbədən ayıla bilməyəcək, itirdiyi döyüş texnikası və silahların yerini uzun müddət doldura bilməyəcək. Çünki Ermənistanın həm büdcəsi, həm də siyasi və iqtisadi vəziyyəti buna imkan vermir. Hazırda orada baş verən iğtişaşlar da bunu göstərir.
.jpg)
Dünya gördü ki, Azərbaycan xalqı öz dövləti və ordusu ilə birləşib vahid yumruq olmağı bacarır və istənilən an düşmənin başını əzməyə hazırdır. Gələcəkdə Azərbaycan Ordusu daha da güclənəcək. Düşmən ordusu Azərbaycan ərazilərinə hər hansı iddia qaldırmağa cəhd etməyəcək”.
Hərbi ekspert onu da vurğulayıb ki, ələ keçirilən hərbi qənimətlər Azərbaycanda qalacaq:
“Əlbəttə ki, döyüş vaxtı əldə edilən hərbi qənimətlər Azərbaycanın mülkiyyətinə keçiriləcək. Çünki Azərbaycan Ordusu onları ələ keçirmək üçün qan töküb, güc sərf edib. Vurulmuş və sıradan çıxmış texnika isə ehtiyat hissələr və ya gələcəkdə metallom kimi istifadə olunacaq”.
Azərbaycan dövlətinin hərbçilərə olan qayğısından danışan Milli Qəhrəman qeyd edib ki, Ali Baş Komandan onlara xüsusi ehtiram göstərir:
“Cənab İlham Əliyev yaralı hərbçilərlə dünənki görüşdə bir daha qeyd etdi ki, gələcəkdə onların bütün sosial problemlərinin həll olunmasında yaxından iştirak edəcək. Möhtərəm Prezidentimiz söz verdi ki, onların işlə təmin olunması ilə məşğul olacaq, gələcəkdə mənzil və sosial müavinətlərlə təmin olunacaqlar. Eyni zamanda yaralılara və şəhid ailələrinə birdəfəlik yardımlar ediləcək. Yaralı və şəhid ailələri başda olmaqla, hərbçilərə xüsusi qayğı və diqqət dövlətin daim nəzarətində olacaq”.
Aytən Məftun
-
Ekologiya00:27Bakıda bu həşəratlar çoxalır - Xəbərdarlıq
-
Region19 İyun 23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə19 İyun 21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa19 İyun 21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19 İyun 19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil19 İyun 18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial19 İyun 17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial19 İyun 16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər






.png)






.jpg)



.jpg)



















