Qarabağ
Bütün dünya Azərbaycan Ordusunun döyüş taktikasından istifadə edəcək - Polkovnik
“Azərbaycan Ordusu göstərdi ki, öz tarixi torpaqlarını işğaldan azad etmək gücünə malikdir, qarşısına qoyulan tapşırığı yerinə yetirməyə qadirdir. Azərbaycan Ordusuna indiyə kimi 50 ən güclü ordular sırasında verilən yer əbəs deyil, yüksək peşəkarlığa malikdir, müasir texnologiyalar və ən son silahlarla silahlanıb. Bu silahları idarə edən yüksək intellektual səviyyəli və peşəkar heyəti var və bu heyət öz gücünü döyüş meydanında kifayət qədər göstərdi”.
Bu sözləri Publika.az-a açıqlamasında ehtiyatda olan polkovnik, 2 dəfə “Azərbaycan Bayrağı” ordenli, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı Şair Ramaldanov deyib.
“Azərbaycan Ordusu ancaq silah və müasir texnika gücünə yox, Şuşanın işğaldan azad edilməsi ilə onu göstərdi ki, öz fiziki və qəhrəmanlıq gücünə arxayındır. Demək olar ki, hərbçilərimiz torpaqları əlləri və dırnaqları ilə aldı, Şuşanı dağıdıcı atəşlərdən istifadə etmədən, düşməni əlbəyaxa döyüşlərdə məhv etdi. Azərbaycan Ordusunun imkanları və indiki fəaliyyəti göz qabağındadır. Düşmən torpaqları almaq üçün illərlə mübarizə aparmışdı, amma 44 gün ərzində ordumuz demək olar ki, 50 faizdən çox ərazini azad etmişdi. Ümumiyyətlə, ordumuz 21-ci əsrin tələblərinə cavab verən müasir tipli döyüş taktikasını apardı. Hesab edirəm ki, bu döyüşləri hərbi elmi mərkəzlərdə, tədris müəssisələrində təcrübə kimi bütün dünya istifadə edəcək. NATO-nun Baş Qərargah rəisi də məhz Azərbaycanın apardığı müasir tipli döyüş təcrübəsindən bəhrələnəcəyini söyləmişdi. Digər tərəfdən, Azərbaycan Ordusunun bu tarixi zəfəri gələcəkdə müasir hərbi elmin inkişafına daha da təkan verəcək. Bu təcrübədən hərb elmi hələ çox faydalanacaq. Müharibədən sonra həm ordumuzu, həm də təbii sərvətlərlə zəngin olan torpaqlarımızı daha da inkişaf etdirəcəyik. Azərbaycan torpaqlarının 20 faizini azad etmiş dövlət kimi öz uğurlu inkişaf yolunu davam etdirəcək”, - polkovnik qeyd edib.
Hərbi ekspert bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı hərbçilərimizə hər zaman yüksək qiymət verib:
“Aprel hadisələrindən sonra dövlət başçımızın belə bir kəlamı var idi: Əgər Azərbaycan və Ermənistanı təkbətək müharibə aparmağa qoysalar, ordumuz qısa zamanda erməni işğalçı qüvvələrini darmadağın edib ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir. Bu, ordumuza verilən yüksək qiymətin ifadəsi idi. Bu yüksək qiymət təsadüfi deyildi, biz bunu bir daha döyüşlərdə də gördük. Ordumuz qısa zamanda işğalçı qüvvələri darmadağın edib Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Cənab İlham Əliyev Ali Baş Komandan kimi öz əsgərlərinin, yaralıların yanına məhz hərbi geyimdə getmişdi. Bu da Azərbaycan Prezidentinin hərbçilərə olan diqqət və ehtiramının nümunəsidir. Hərbçilərlə bağlı Azərbaycan Prezidenti bütün dövlət qurumlarına mesaj verdi və tapşırdı ki, bu müharibənin iştirakçıları, əlil olan və ya sağlamlığını itirən hərbçilər, şəhid ailələri xüsusi nəzarətə götürülsün. Onlar heç vaxt qayğısız qalmayacaq və konkret olaraq bildirdi ki, hər zaman onların yanındadır. Bu da o deməkdir ki, diqqətini, hörmətini və qayğısını onlardan heç vaxt əsirgəməyəcək”.
Aytən Məftun
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq










.jpg)




.jpg)
























