Qarabağ
Prezident çox böyük coşğu ilə qarşılandı - Arzuxan Əlizadə
“Prezident İlham Əliyevin Ali Baş Komandan olaraq Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə ilk səfəri əhali arasında, xüsusilə 30 ildir həmin torpaqlara qayıtmağını gözləyən insanlar tərəfindən çox böyük coşğu ilə qarşılandı”.
Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. O bildirib ki, bu səfər Prezidentin bir sıra açıqlamaları və mesajları ilə yadda qalıb:
“Ali Baş Komandan çıxışında bildirdi ki, bu ərazilər erməni vandalları tərəfindən məhv edilib. Bununla bağlı real kadrlar da göstərildi. 30 ilə yaxın müddət ərzində ermənilər şəhərlərimizi, mədəniyyət abidələrimizi yerlə-yeksan edib. Bütün bunları dünyaya nümayiş etdirmək lazımdır ki, ermənilərin nə qədər barbar, vəhşi millət olduğunu göstərə bilək. Prezident mesaj verdi ki, bu ərazilərdə qısa müddət ərzində abadlaşdırma işləri aparılacaq, yurd-yuvalarından didərgin düşmüş insanlar bu ərazilərdə yenidən məskunlaşacaq, doğma torpaqlarına qayıdacaqlar. Füzuli, Qubadlı, Cəbrayıl, eləcə də digər işğaldan azad olunmuş ərazilərimizdə yeni şəhər və qəsəbələr salınacaq, infrastruktur yenidən qurulacaq. Yeni avtomobil yolunun çəkilməsi haqqında artıq layihə hazırdır, dünən onun ilk görüntülərini gördük. Eyni zamanda Araz çayı boyunca İranla olan sərhədimiz tamamilə Azərbaycan sərhədçilərinin nəzarətinə veriləcək. Prezident həmin keçid məntəqələrini dostluq körpüləri adlandırdı”.

Arzuxan Əlizadə qeyd edib ki, Prezident İlham Əliyevin səsləndirdiyi “Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun güzgüsüdür:
“Siyasi mənsubiyyətindən, cəmiyyətdə tutduğu ictimai mövqeyindən asılı olmayaraq hər kəsin dövlətin, ordunun, eləcə də Ali Baş Komandanın yanında olduğunu ifadə edən bu şüar həm də Azərbaycan Prezidenti İlham Əliyevin xalqına təşəkkür fikirləri idi. 44 günlük müharibə ərzində demək olar ki, hər kəs Ali Baş Komandana dəstək nümayiş etdirdi. Azərbaycan cəmiyyətinin yekdil olaraq vahid mövqedən çıxış etməsi dünyaya verilən vacib mesaj idi ki, Azərbaycan xalqı torpaqlarının son qarışına qədər işğaldan azad olunması istiqamətində vahid mövqedədir və sona qədər də öz vahidliyini qoruyub saxlayacaq”.
Aytən Məftun
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





























.jpg)







.jpg)


