Qarabağ
Qabil Hüseynli: Azərbaycan diplomatiyası çox ciddi uğurlar qazanıb
Son illərdə Azərbaycan bütün diqqətini güclü ordunun yaradılmasına yönəltmişdi. Ordunun təchizatı ölkənin prioritet məsələlərindən biri olub. Azərbaycan Ordusu ən müsair sonuncu nəsil silahlarla silahlanıb, onun maddi-texniki bazası genişləndirilib.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O bildirib ki, ordunun maddi-texniki bazası ilə yanaşı əsgərlərin şəraiti yaxşılaşdırılıb: “Azərbaycanda güclü, nizami, müasir ordu quruculuğu Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edib. Hərbçilərin xidmət şəraiti ən müasir standartlara uyğun yenidən qurulub. Bütövlükdə isə uğurlu hərbi əməliyyatların həyata keçirilməsində bu və ya digər islahatların çox böyük rolu oldu”.
Daha sonra politoloq əlavə edib ki, Azərbaycan haqq səsinin beynəlxalq təşkilatlarda yer alması istiqamətində də ciddi işlər görüb:
“Başda BMT olmaqla, Avropa Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq təşkilatı və s. aparıcı qurumlar və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Onlar problemin Azərbaycan ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar çıxıb. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin diplomatiyasının səyləri nəticəsində mümkün olub. Onun səyləri nəticəsində də diplomatiyamız ciddi uğurlar qazanıb. Bir sözlə, baş verən hadisələr ordunun əks-hücum əməliyyatlarında, erməni qoşunları üzərində qələbə qazanılmasında böyük rol oynayıb. Azərbaycanın qələbəsi ordu quruculuğuna, informasiya müharibəsinə ayrılan diqqətin sayəsində mümkün olub”.
Aytən Məftun
-
İdman20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin120:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...













.png)








.jpg)

.jpg)











