Qarabağ
Erməni ekspert Fransanın cavabını İlham Əliyevin sözləri ilə verdi - ŞOK AÇIQLAMA/VİDEO
Video əlavə olunub.
xxx
Fransa tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınması onun Azərbaycanla münasibətlərini çətinləşdirəcək, lakin Qarabağ nizamlanması prosesinə heç bir təsir göstərməyəcək.
Publika.az xəbər verir ki, bunu RİA “Novosti”yə açıqlamasında Moskva Dövlət Universitetinin Hüquq kafedrasının müdiri Suren Avakyan deyib.

Mütəxəssis bildirib ki, Fransa rəsmi Parisin özü üçün məqbul hesab etdiyi variantlardan biri olan mövcud beynəlxalq təcrübəyə uyğun hərəkət edib: “Qarabağ artıq müstəqilliyini və öz müqəddəratını təyin etdiyini elan edib. Buna görə indi bunu təsdiqləyərsə və bunun əsasında Fransa müvafiq qərar qəbul edərsə, o zaman biz alimlər olaraq Fransanın mövcud beynəlxalq təcrübəyə uyğun hərəkət etdiyini və bunun bir-birinə zidd olduğunu söyləyəcəyik. Bu praktikada Fransa bu qərarı məqbul saydı. Ancaq Azərbaycan Prezidenti dedi ki, qondarma Dağlıq Qarabağın suverenliyini tanıyan dövlətlər bu qərarı elan edən kimi rəsmi Bakı bu ölkə ilə diplomatik münasibətlərini dərhal pozacaq”.
Ekspert qeyd edib ki, Fransa Amerika kimi yalnız qiyabi olaraq həll prosesində iştirak edir. Üç həmsədr ölkədən yalnız Rusiya bu prosesdə birbaşa iştirak edir.
Qeyd edək ki, ötən gün Fransa Senatı qondarma Dağlıq Qarabağ respublikasının müstəqilliyini tanıyan qətnamə qəbul edib.
Zümrüd
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi








.jpg)

.png)



.png)














.jpg)
.jpg)





