Qarabağ
Xankəndi hava limanı ilə bağlı RƏSMİ AÇIQLAMA: Azərbaycan BUNA NAİL OLDU - VİDEO
Video əlavə olunub.
xxx
“Xankəndi hava limanına beynəlxalq status verilməyib. Sadəcə olaraq Azərbaycanın 6 hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) yenilənmiş reyestrinə salınıb”.
Publika.az xəbər verir ki, bunu Teleqraf.com-a “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.
Qurum rəsmisi bildirib ki, ICAO təşkilatında mövcud aeroportlar və onların kodları barədə siyahı var: “Biz beynəlxalq təşkilatın dekabr ayında dərc olunacaq yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, həm də işğaldan azad edilmiş ərazilərdə - Ağdam, Füzuli və Xankəndində yerləşən hava limanlarının da salınmasına nail olmuşuq. Yəni, İCAO təsdiq edir ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən hava limanlarının kodu Azərbaycana məxsusdur”.
Bundan sonar Xankəndi hava limanında sərnişinlərə vizaların verilməsi, pasport və gömrük yoxlamasının kim tərəfindən həyata keçirilməsinə gəlincə, qurum sözçüsü bu haqda danışmağın hələ tez olduğunu deyib: “Bu haqda danışmağa hazır deyiləm. Detallar məlum deyil”.
Füzulidə və Ağdamda yeni hava limanlarının tikintisinə gəlincə, Paşa Kəsəməniski bu haqda əlavə məlumat verə bilmədiyini vurğulayıb.
Qeyd edək ki, noyabrın 25-də Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın daha 6 hava limanının beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsini təsdiq edib.
Hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli Sənədinin 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm


































.jpg)
.jpg)

