Qarabağ
Rus deputat fransızları İFŞA ETDİ: Ərdoğanın çağırışından sonra... - - VİDEO
Video əlavə olunub.
xxx
Fransa Senatının qondarma Dağlıq Qarabağ respublikasının tanınması ilə bağlı qərarının bir tövsiyə olaraq qalacağına şübhə yoxdur.
Publika.az xəbər verir ki, bu sözləri RİA “Novosti”yə verdiyi müsahibədə Federasiya Şurasının Beynəlxalq münasibətlər komitəsinin rəhbəri Konstantin Kosaçev deyib.
“Fransa Senatının Qarabağla bağlı qərarı tövsiyə xarakteri daşıyır və çox güman ki, məsələ bununla məhdudlaşacaq”, - şura rəhbəri bildirib.
Rusiyalı millət vəkili qeyd edib ki, Qarabağla bağlı qətnamə bir çox cəhətdən Türkiyə ilə münasibətlərin mürəkkəb olması ilə əlaqədardır. Kosaçev Fransa cəmiyyətindəki ənənəvi ermənipərəst rəğbətin hazırda beynəlxalq siyasətdə Türkiyənin davranışları ilə Fransa siyasətçilərində yığılan qıcıqlanmanın üst-üstə düşdüyünü düşünür.
“Hökumətə tövsiyə olaraq qəbul edilən bu təşəbbüsün praktik olaraq heç bir qüvvəsi yoxdur”, - millət vəkili deyib.
Qeyd edək ki, oktyabr ayının sonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin vətəndaşlarını iki ölkə arasındakı münasibətlərin kəskinləşməsi fonunda Fransa mallarını boykot etməyə çağırdı. Bir neçə gün əvvəl “Maariflənmiş İslam” fikrini irəli sürən fransız həmkarı Emmanuel Makronun “psixikasını yaxşılaşdırması”nın lazım olduğunu söyləyəndən sonra isə rəsmi Paris səfirini məsləhətləşmələr üçün Ankaradan geri çağırdı.
25 noyabrda Fransa Senatı mütləq səs çoxluğu ilə ölkə hökumətini qondarma Dağlıq Qarabağ respublikasını tanımağa çağıran qərar qəbul etdi. Qətnamədə, həmçinin Türkiyə hakimiyyət orqanlarının Azərbaycana dəstək verdiyi iddia olunur. Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-də hərbi əməliyyatların başlanmasından sonra azad olunmuş ərazilərdən dərhal çıxarılması tələb olunur.
Zümrüd
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...



































.jpg)
.jpg)

