Libermandan QARABAĞ AÇIQLAMASI: "Tarixi zərurət idi..."
Bizi izləyin

Qarabağ

Libermandan QARABAĞ AÇIQLAMASI: "Tarixi zərurət idi..."

Azərbaycanın tarixini, mədəniyyətini, etnoqrafiyasını xarici ölkələrdə tanıtmağı qarşısına məqsəd qoyan “İRS” jurnalı 20 ilə yaxındır ki, çap olunur və 60-dan çox ölkədə 16 müxtəlif dildə oxuculara təqdim edilir.

Publika.az xəbər verir ki, jurnalın sayca 17-ci dildə nəşri bu yaxınlarda İsraildə baş tutub.

Bu gün Azərbaycan-İsrail münasibətləri ən yüksək səviyyədədir. Dostluğa və etimada söykənən Azərbaycan-İsrail əməkdaşlıq ənənəsi beynəlxalq tərəfdaşlıq üçün bir nümunədir. Ən çətin dövrlərdə bu ölkələr həmişə birlikdə hərəkət edib və bir-birinə qarşılıqlı dəstək göstəriblər.

Belə məqamda “İRS” kımı tanınmış jurnalın İsraildə nəşrə başlaması iki ölkənin mehriban dostluq əlaqələrinin inkişafında yeni səhifədir. Jurnalın baş redaktoru Musa Mərcanlı ön sözündə “İRS-מורשת” jurnalının iki ölkə arasında daha bir körpü yaradacağını, Azərbaycan həqiqətlərinin, ortaq mədəniyyət və dəyərlərimizin bir güzgüsü olacağını qeyd edib.

Jurnalın İsrail üzrə məsul redaktoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər üzrə tanınmış ekspert Arye Qut isə iki dost ölkə arasındakı əlaqələrin tarixi, hazırkı vəziyyəti və perspektivləri haqqında geniş təhlillə çıxış edib.

“Azərbaycan uğurlu geosiyasi və geoiqtisadi təşəbbüslər sayəsində regionun ən güclü geosiyasi aktoruna çevrilib. Cənubi Qafqaz kimi strateji regionda heç bir siyasi, iqtisadi məsələ və nəqliyyat məsələsi Azərbaycanın iştirakı və razılığı olmadan həll edilə bilməz. Azərbaycanla İsrail arasında diplomatik münasibətlərin 29 illik tarixi ərzində yəhudi dövləti ilə əhalisinin əksəriyyəti müsəlmanlar olan dövlət arasında strateji münasibətlərin zəruri və həyat qabiliyyətli olması sübut edilib. Bizim dost ölkələr həqiqətən etibarlı strateji tərəfdaşlar kimi qarşılıqlı fəaliyyət göstərir, biz həmişə bir yerdə, çiyin-çiyinə olmuşuq”, – deyə Arye Qut məqalədə qeyd edir.

İsrailin tanınmış siyasi xadimi, keçmiş müdafiə və xarici işlər naziri Aviqdor Liberman “Azərbaycan İsrailin strateji tərəfdaşıdır” adlı yazısında iki dövlət arasındakı münasibətləri yüksək qiymətləndirərək özünü Azərbaycanda doğma hiss etdiyini qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi münasibətindən yazan müəllif Qarabağın işğaldan azad olunmasını tarixi zərurət hesab edərək bu sahədə İsrailin beynəlxalq hüquq müstəvisində atdığı addımları da vurğulayır.

Qarabağ hadisələri ilə bağlı jurnalist David Peres və İsraildə Azərbaycan Evinin rəhbəri Nexamiya Şirin Mixaelinin məqalələri bölgədəki real durumu oxuculara müfəssəl çatdırır.

Akko şəhərinin meri, Azərbaycanın böyük dostu Şimon Lankri isə öz məqaləsində Azərbaycana səfərindən, bu ölkənin insanlarından, yəhudi xalqına səmimi münasibətdən, Xocalı hadisələrindən geniş söhbət açır.

Jurnalın ilk sayında Rafi Harpaz, Milix Yevdayev, Yael Kfir və İris Jorletin müxtəlif mövzularda məqalələri dərc edilib. Bütün bu yazıların əsas qayəsi Azərbaycan-İsrail münasibətlərinin daha da möhkəmlənməsi, hər iki xalqın bir-birini daha da yaxından tanımasıdır. İnanırıq ki, “İRS” jurnalının İsraildə nəşrə başlaması da bu sahəyə öz töhfəsini verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm