Qarabağ
Həmin ölkələrin mövqelərində böyük dəyişiklik olacaq - ŞƏRH
"Qarabağda dağılmış evlərin, tikililərin bərpa olunmasında, şəhərlərin, qəsəbələrin yenidən salınmasında xarici şirkətlərin cəlb edilməsi labüddür. Hər bir rayonun orta hesabla 100-dən çox kəndi var. Onların hamısı ermənilər tərəfindən viran qoyulub. O yerlərin bərpa olunması həm çox böyük vaxt aparacaq, həm də iqtisadi baxımdan xeyli maliyyə tələb olunur".
Bu fikirləri Publika.az-a danışan Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov deyib.
O bildirib ki, ermənilər dövlətimizə çox böyük ziyan vurublar və bərpa prosesində xarici şirkətlərin, dost dövlətlərin iştirakı mütləq lazımdır: "Dövlətimizin özü üçün, eyni zamanda bizə düşmən olan ölkələrin mövqelərinin dəyişməsi baxımından bu, çox yaxşı vasitədir. Onlar gəlib gözləri ilə gördülər və bərpada da iştirak edəcəklər. Bundan sonrakı proseslərdə Azərbaycanın haqq işini dəstəkləyəcəklər və mövqelərində böyük dəyişiklik baş verəcək. Həmin ölkələr, hansı ki, indiyədək anti-Azərbaycan mövqe nümayiş etdiriblər və eyni zamanda mənfur düşmənin təbliğatına uyublar, bizə qarşı qərəzli mövqe tuturdular. Ancaq indi bizim tarixi qələbəmizdən sonra həmin ölkələrin mövqeyində dəyişikliklər olacaq".
K.Məmmədov qeyd edib ki, ilk növbədə Azərbaycan öz gücü hesabına haqq işini həll etdi, ərazi bütövlüyümüzü təmin etdik: "Müharibə dövründə cənab Prezidentin verdiyi müsahibələrdə əsl həqiqətlər göstərildi. Bizə heç də yaxşı münasibəti olmayan siyasi xadimləri ələ almışdılar, onlar təbliğat aparırdılar. Eyni zamanda, bəzi qüvvələr də ölkəmiz üçün düzgün olmayan təbliğat aparmışdı. Prezident İlham Əliyevin və diplomatiyamızın böyük uğuru idi ki, anti-Azərbaycan təbliğatı alt-üst oldu. İndi nə qədər xaricdə bizim əleyhimizə işləyən qüvvələr, eyni zamanda bizə dost olmayan ölkələrin nümayəndələri görürlər bu reallıqları, onların vicdanı oyanmaq üzrədir. Görürlər ki, ermənilər işğal etdikləri rayonlarımızda böyük vəhşiliklər, vandalizm aktı törədiblər. Hansı ki, o rayonlarda yaşamaq üçün bir dənə də olsun ev, bina qalmayıb. Bunu görən hər bir insan heç vaxt o haqsızlığı bizə qarşı etməyəcək və erməniləri dəstəkləməyəcək".
Akqabay Mıradov
-
Sosial13:09İlham Əliyev sərəncam imzaladı
-
Region13:02Ermənistanda sabiq deputat da saxlanıldı: Paşinyanı hədələdi
-
Rəsmi xronika12:45İlham Əliyevin kabinetindəki yeganə heykəl... - Kimdən yadigardır? - FOTO
-
Dünya12:16SEPAH bu ölkədə gizli hücrələr yaradıb, hücumlar təşkil edib - İfşa olundu
-
Dünya11:50Zelenski 40 dəqiqə söhbət etdiyi Lula da Silvadan nə xahiş edib?
-
Magazin110:06Dünən sünnət olunan ingilis Azərbaycanda evləndi - VİDEO
-
Hadisə09:13Zooparkda dəhşət: 3 yaşlı uşağı timsahların ağzına atdı
-
Yaxın Şərq08:24Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı






.png)
































