Qarabağ
Niderland İlham Əliyevin təklifini həyata keçirə bilər - ŞƏRH
Niderland parlamentinin Fransa Senatı kimi belə bir absurd qətnamə qəbul etməsinə təəssüf edirəm. Bütün ölkələr, o cümlədən də Niderland Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Dağlıq Qarabağın Azərbaycan ərazisi olması dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunub. Niderlandın bu addımı beynəlxalq hüquqa, qaydalara, xüsusilə Avropa İttifaqının və Avropa strukturlarının, eləcə də ATƏT-in qəbul etdiyi qətnamələrə ziddir.
Bu sözləri Publika.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib. Ekspert bildirib ki, Fransa ilə Niderland parlamentinin bu qərarları BMT-nin Azərbaycanın ərazi bütövlüyü və Ermənistan hərbçilərinin Azərbaycan ərazisindən çıxarılması ilə bağlı qətnaməyə qarşı çıxmaq deməkdir:
“Dağlıq Qarabağ münaqişəsi artıq geridə qalıb. Cənab Prezident xalqa sonuncu müraciətində bir daha bildirdi ki, belə bir münaqişə yoxdur. Niderland və Fransa ermənipərəst dairələrin təsiri altında bu qətnamələri qəbul edərkən birinci növbədə fikirləşməlidir ki, Azərbaycan və Türkiyə ayrı-ayrı müstəqil ölkədir. Hər birinin hər hansı ölkə ilə əlaqə qurmaq, eyni zamanda hərbi və diplomatik, siyasi və iqtisadi fəaliyyətini aparmaq üçün müstəsna səlahiyyətləri var. Azərbaycan əks-hərbi əməliyyatlar nəticəsində öz ərazi bütövlüyünü təmin edib. 44 günlük müharibədə rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə qalib gəldi və bu qalibiyyətlə Ermənistan barışıb kapitulyasiya bəyanatına qol çəkdi, eyni zamanda Azərbaycan ərazilərini diplomatik yolla azad etdi. Bu, onu göstərir ki, Ermənistanın kapitulyasiya ilə barışması, Azərbaycanın öz ərazi bütövlüyünü beynəlxalq hüquqa uyğun olaraq təmin etməsi Fransa və Niderlanddakı ermənipərəst qüvvələri təmin etmir. Əgər qane etmirsə, cənab Prezident İlham Əliyevin təklifini həyata keçirə bilərlər. Fransa da, Niderland da qondarma rejimə öz ölkələrinin ərazisində ikinci dövlətin yaradılmasına icazə versinlər. Azərbaycanda heç zaman ikinci erməni dövləti yarana bilməz!
Həm Niderlandın, həm də Fransanın bu hərəkətini pisləyirəm, heç cür başadüşülən deyil. Niderlandın bu addımını Azərbaycan cavabsız qoymayacaq. Düşünmürəm ki, Niderland dövləti belə bir absurd qərarı təsdiqləsin. Amma Azərbaycan da bu cür mövqe sərgiləyən ölkələrlə münasibətlərinə yenidən baxacaq”.
Aytən Məftun
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


















.jpg)

















.jpg)
.jpg)

