Qarabağ
Ermənistanın bundan başqa çarəsi yoxdur - Ərdoğanın təklifinə dəstək gəldi
“Ermənistan Azərbaycan və Türkiyə ilə birlikdə yeni səhifə açmalıdır. Masaya əyləşərək təcavüzkarlıq və soyqırımı iddialarından əl çəkməlidir”.
Publika.az xəbər verir ki, bu sözləri “Yeni Akit”ə müsahibəsində Türkiyə Böyük Birlik Partiyasının sədri Mustafa Destici deyib.
Azərbaycanın Ermənistanla müharibədə əldə etdiyi zəfəri təbrik edən partiya sədri bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana dəstəyi Xalqların Demokratik Partiyası (HDP) istisna olmaqla hamını məmnun edib: “Xüsusilə, müdafiə sənayemizdəki həmlələrimizin bu müharibədə nə qədər effektiv olduğunu gördük. Dolayısı ilə bu zəfər həm Azərbaycanın, həm də Türkiyənin, o cümlədən, bütün Türk dünyasının zəfəri oldu”.

M.Destici Ermənistanı Ərdoğanın “Altılıq” platforması təklifinə qulaq verməyə çağırıb: “Bakıda təşkil edilən Zəfər paradında bütün dünyaya Azərbaycanla Türkiyənin bir millət, iki dövlət olduğu mesajını yenidən verdik. Ərdoğanın Ermənistana verdiyi mesajlar çox əhəmiyyətlidir. Erməni vətəndaşlar əsrlər boyu bizim dövlətimizin içində yaşayıb. Lakin I Dünya müharibəsindən sonra bir sıra imperialistlərin təxribatı ilə bizi kürəyimizdən vurdular. Ermənistanın bu gün etməli olduğu şey soyqırımı iddialarından imtina etmək və bundan sonra Rusiya ilə digər imperialist qüvvələrə arxalanaraq təcavüzkar siyasətinə davam etməməkdir. Ermənistanın Azərbaycan və Türkiyə ilə dost olmaqdan başqa çarəsi yoxdur”.
Zümrüd
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı










.jpg)








.webp)


















