Qarabağ
Rus sülhməramlıları buna göz yumur - RƏY
“Bəyanat imzalanan gündən Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi ilə bağlı Azərbaycan cəmiyyətində çox ciddi narahatlıq var idi. Çünki Rusiya sülhməramlıları bu adla Gürcüstanda (Abxaziya, Osetiya), Ukraynada (Donbas və Luqansk vilayətləri), Moldovada faktiki olaraq yerləşdikləri dövlətlərin deyil, öz maraqlarına uyğun çıxış ediblər. Bu da bizə onu deməyə əsas verirdi ki, eyni yanaşma Azərbaycan ərazilərində də baş verə bilər”.
Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə deyib. O bildirib ki, Rusiya sülhməramlılarının Qarabağda öz missiyasını yerinə yetirməməsi Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurur:
“Son günlər baş verən hadisələr də onu göstərir ki, bu narahatlığımız əbəs deyil. Azərbaycan suveren və müstəqil dövlətdir. Azərbaycan ərazilərində yalnız Azərbaycan qanunları işləməlidir və yalnız Azərbaycan dövlətinin maraqlarına uyğun addımlar atılmalıdır. Əgər həmin qüvvələr Qarabağda sülhməramlı adı ilə yerləşdirilibsə, Azərbaycan dövlətinin razılığı ilə üzərinə qoyulan missiyanı olduğu kimi həyata keçirməlidir. Öz dövlətinin maraqlarına uyğun fəaliyyət göstərəcəklərsə, artıq onların burda qalmasına lüzum olmayacaq.
Xüsusilə onu vurğulamaq lazımdır ki, Azərbaycan 44 günlük müharibədə torpaqlarını azad etmək gücünü ortaya qoydu. Lakin Rusiya və Ermənistan tərəfinin xahişlərindən sonra bəyanat imzalandı və erməni əhalisinin ora qayıtması ilə bağlı Azərbaycanın razılığı oldu. Bu addımı atmaqla Azərbaycan növbəti dəfə humanistliyini və sivil dövlət olduğunu dünyaya nümayiş etdirdi. Qarşı tərəf buna hörmətlə yanaşmalıdır. Əgər sülhməramlı adlandırılan rus hərbçiləri Azərbaycan ərazilərində son günlər olduğu kimi pozuculuq missiyasını yerinə yetirəcəklərsə, onların burda qalması ilə bağlı məsələyə xitam verilməlidir. Azərbaycan cəmiyyətində çox ciddi narazılıq var. Son günlərdə biz yenidən şəhidlər vermişik, insanlar təhlükə qarşısındadır, erməni hərbi birləşmələri həmin ərazilərdən sona qədər çıxarılmayıb. Rus sülhməramlıları buna göz yumurlar, odur ki, Azərbaycan bu məsələlərdə qətiyyətli addım atmalıdır. Azərbaycan cəmiyyətində Rusiya sülhməramlılarına qarşı yekdil fikir var. Sona qədər dövlətin arxasındayıq və arxasında da olacağıq”.
Aytən Məftun
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





























.jpg)







.jpg)


