Qarabağ
Vanetsyandan ŞOK AÇIQLAMALAR: Paşinyan vəzifəyə gələndə Qarabağı...
“Paşinyan Ermənistanın baş naziri vəzifəsinə gələndə ölkədə həll olunmamış ən böyük problemlərdən birinin Qarabağ münaqişəsi olduğunu anlamalı idi”.
Publika.az xəbər verir ki, bunu Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, Vətən Partiyasının sədri Artur Vanetsyan deyib.
O, bir neçə dəfə şəxsən baş nazirə Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda konkret nəticə olmayacağı təqdirdə alternativin müharibə olduğunu söylədiyini vurğulayıb: “Bu barədə yalnız onunla deyil, Milli Təhlükəsizlik Şurasının iclaslarında da danışdım. Paşinyan daxili auditoriya üçün müxtəlif mövzulardan bəhs etdi, “Qarabağ Ermənistandır və nöqtə”, “danışıqlara öz nöqtəmdən başlayıram”, “heç bir güzəştə getməyəcəyəm” kimi populist açıqlamalar verdi. Müharibə başladı və biz qazana bilmədik. Çünki müharibəyə hazır deyildik”.
Onun sözlərinə görə, Nikol Paşinyan müharibənin başladığını və qalib gələ bilməyəcəyini, torpaqları döyüşsüz təslim etmək istəmədiyini anladıqda özündə cəsarət tapmalı və istefasını elan etməli idi.
Vanetsyan bildirib ki, müxtəlif dövrlərdə Rusiya Federasiyası Prezidentindən, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən Paşinyana təkliflər olub, ancaq o, bütün təklifləri rədd edib.
Zümrüd
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi





































.jpg)


