Qarabağ
Bu, dövlətin öz vətəndaşlarına diqqət və qayğısının təzahürüdür - RƏY
“Dövlət başçısının müharibənin nəticələrinin aradan qaldırılması və zərərin hesablanması ilə bağlı sərəncamı var. Artıq həmin sərəncamla bağlı qiymətləndirmə baş verməkdədir. Növbəti sərəncam da müharibə zamanı yaşayış yerlərinin dağıdılması və qəzalı vəziyyətə düşməsi ilə bağlı olaraq vətəndaşlarımıza dəyən ziyanın ödənilməsi ilə əlaqəlidir. Bu sərəncamla təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6 min manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alınıb”.
Bu fikirləri Publika.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib.
O bildirib ki, burada söhbət mənzilin dağıdılması və ya qəzalı vəziyyətə düşməsindən yox, şəxsi əşyalara vurulan zərərdən gedir: “Dağıdılmış evləri dövlət öz hesabına düzəldəcək. Mənzil dağıdılıbsa, heç şübhəsiz ki, orada şəxsi əşyalar və ev avadanlıqları da dağılıb. Bu məbləğ onun üçün nəzərdə tutulub.
Prezidentin bu sərəncamı çox əhəmiyyətli bir addımdır. Müharibə artıq başa çatıb. Müharibə baş verən zaman dərhal bu barədə qərar qəbul etmək məsələni ətraflı öyrənmədən qərar vermək olardı. Həmin vaxt nə qədər vəsaitin lazım olduğunu bilmək olmazdı. Müharibə bitib və indi bu məsələlərə ətraflı və detallı yanaşma tətbiq olunur. Hazırda nə qədər evin qəzalı vəziyyətdə olduğu aydındır. Hər bir ailə müvafiq qurumlara müraciət edib həmin vəsaiti ala biləcək. Bu, onların ilkin ehtiyaclarını ödəməyə imkan verəcək. Çünki onlar həm də şəxsi əşyalardan məhrum olmuşdular. Bu qərar onların ağır vəziyyətində çox böyük dəstəkdir. Çünki onların hazırkı maddi imkanları da bu məsələləri həll etmək iqtidarında deyil”.
Ə.Nuriyev qeyd edib ki, Prezidentin bu sərəncamı həmin şəxslərin müəyyən ehtiyaclarının ödənməsinə şərait yaradacaq: “Hazırda qəzalı evlərin bərpasına başlanılıb. Dağıdılmış evlərin hər biri yenidən qurulacaq. Bu, dövlətin öz vətəndaşlarına qayğısının və diqqətinin təzahürüdür. Bizim heç bir vətəndaşımız diqqətdən kənarda qalmayacaq, baxmayaraq ki, dövlətimiz ağır müharibədən çıxıb. Bu, həm də sosial siyasətin Azərbaycanda bütün zamanlarda prioritet olduğunun göstəricisidir. Azərbaycan Prezidenti həmişə deyib ki, pandemiya dövründə belə sosial siyasətimizdən bir addım da geri çəkilməyəcəyik. Sosial paketdə nələr nəzərdə tutulubsa, hamısı icra olunacaq. Müharibə artıq yeni situasiya yaradıb. Buna uyğun da vətəndaşlara yönəlik addımlar atılacaq və atılır da. Azərbaycanda əhalinin firavanlığını və sosial müdafiəsini təmin etmək əsas prioritetlərdən olub, olmaqda da davam edəcək. Prezident İlham Əliyev bu sərəncamı ilə vətəndaşlarımızın daim diqqət və qayğı ilə əhatə olunduğunu göstərdi”.
Akqabay Mıradov
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var






































