Qarabağ
“Human Rights Watch” ermənilərin nağıllarına inanmır - Hüquq müdafiəçisi
“Beynəlxalq təşkilatlar Azərbaycanda olmaya-olmaya hesabatlara baxıb nələrsə yazırdılar. Bu dəfə isə “Human Rights Watch” təşkilatının üzvləri öz gözləri ilə gəlib hər şeyi gördülər. Onlar artıq ermənilərin nağıllarına inanmırlar”.
Bu sözləri Publika.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
O bildirib ki, bu ilin noyabrında təşkilatın araşdırmaçıları Azərbaycana səfər zamanı üç rayona klastr bombaları ilə dörd hücumun gerçəkləşdirildiyini sənədləşdirib: “Buna görə “Human Rights Watch” təşkilatına təşəkkürümü bildirirəm. Beynəlxalq qurumlar Ermənistanın necə olduğunu, hansı siyasəti yürütdüyünü gördülər. Onlar ermənilərin dinc sakinlərə qarşı kasetli bombalardan istifadə etdiyini öz gözləri ilə görüb yazdılar. Bundan əvvəl bizim monitorinq qrupumuz geniş bir bülleten hazırlayıb. Orada Gəncə, Bərdə, Tərtər və digər cəbhəyanı ərazilərimizdə mülki əhaliyə vurulan zərərlər, nə qədər mülki insanın öldürülməsi və digər vacib detalların hamısı fotolarla birlikdə ölkəmizdə olan səfirliklərə, Avropa İttfaqına, Avropa Şurasına və digər beynəlxalq təşkilatlara göndərilib”.
Hüquq müdafiəçisi qeyd edib ki, ikinci belə bülleten də çap olunur. Onun sözlərinə görə, orada Ermənistan işğalından azad olunan torpaqlarımızda dağıdılan tarixi-mədəni abidələrimiz haqqında məlumat öz əksini tapıb: “Qeyd edilib ki, qəbiristanlıqlar və ziyarətgahlar da daxil olmaqla, dini- mədəni abidələrimiz onlar tərəfindən dağıdılıb. Üçüncü hazırlanan kitab isə ermənilərin ekoloji terroru ilə bağlıdır. Hamısını hazırlayıb beynəlxalq təşkilatlara göndərəcəyik. “Human Rights Watch” və yüzlərlə digər beynəlxalq qurumlar azad olunan torpaqlarımızda olmalı və ermənilərin bizim sərvətlərimizi necə məhv etdiklərini öz gözləri ilə görməlidir. Bundan sonra beynəlxalq subyektlər ermənilərin bütün üzlərini görəcəklər və onlara qarşı necə davranmağın lazım olduğunu müəyyən edəcəklər”.
Akqabay Mıradov
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


















.jpg)

















.jpg)
.jpg)

