Qarabağ
Şinşilla Qarabağda necə peyda olub?
Bir neçə gün öncə Azərbaycan hərbçiləri tərəfindən azad olunmuş ərazilərin birində şinşilla aşkarlanıb. Bu məlumat hər kəs tərəfindən maraqla qarşılansa da, heyvanın Qarabağ ərazisində necə peyda olduğu sual doğurub. Şinşilla ilk dəfə Azərbaycan ərazisinə SSRİ dövründə gətirilib. Buna səbəb isə heyvanın xəz dərisi olub.
Publika.az verir ki, bunu Trend-ə açıqlamasında Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin rəhbəri Elşad Əsgərov bildirib.
Onun sözlərinə görə, bu layihə 60-70-ci illərdə həyata keçirilib:
“Şinşilla sovet dövründə Naxçıvan ərazisində yerləşən İlandağ ətrafına köçürülüb. Bir müddət sonra onlar haqqında heç bir məlumat əldə etmək mümkün olmayıb və artması müşahidə olunmayıb. Bundan sonra köç olan ərazidə sözügedən heyvanın nəslinin kəsilməsi təsdiqlənib və uğursuz improduksiya adı alıb”.
E.Əsgərov qeyd edib ki, əsgərlərimiz tərəfindən aşkar olunan şinşilla ola bilsin ki, ev şəraitində saxlanılıb:
“Necə ki, iti, pişi evdə saxlayırlar, şinşillanı da bunun kimi saxlayanlar var. Bəzən bu heyvanın təsərrüfatı ilə də məşğul olurlar. Belə ki, şinşillanın dərisi bahalıdır, ona görə onları yetişdirib, daha sonra satanlar da var. Ehtimal var ki, ermənilər həmin ərazilərdə bu işlə məşğul olublar. Oranı tərk edən zaman isə heyvan kimsəsiz qalıb”.
Fond rəhbəri əlavə edib ki, bir neçə gün öncə videosu yayılan yenotlar da sovet dövründə Azərbaycana gətirilib və uğurlu olub. Ancaq bu heyvanın zərəri daha çox olduğundan onun artımının qarşısı müxtəlif yollarla alınıb.
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər









.jpg)








.jpg)




















