Qarabağ
RİİB könüllüsü Məhəbbət Paşayev şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızdandır
Azərbaycanın ərazi bütövlüyü uğrunda canları bahasına qəhrəmanlıq dastanı yazan, son damla qanına qədər vuruşaraq şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüsü Məhəbbət Paşayevdir.
Şəki rayonunun Bolludərə kəndində dünyaya göz açan Məhəbbət daha sonra ailəsi ilə birlikdə Oğuz rayonuna köçüb. Orta təhsilini tamamladıqdan sonra 2018-ci ildə vətən borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidməti uğurla başa vuran Məhəbbət hərbçi olmaq arzusunu reallaşdıraraq, N saylı hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmətə başlayır. Vətən müharibəsinin elə ilk günündən ön cəbhədə olan qəhrəmanımız Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə şəhidlik mərtəbəsinə yüksəlib.
2017-ci ildən RİİB könüllüləri sırasına qoşulan Məhəbbət könüllülük fəaliyyəti dövründə də vətənpərvərliyi ilə seçilən, nümunəvi gənclərdən olub. Bütün tədbirlərdə, layihələrdə, sosial aksiyalarda həmişə ön sıralarda olan Məhəbbət canından artıq sevdiyi Vətən uğrunda əbədiyyətə qovuşaraq hər kəsin yaddaşında əbədi iz qoydu.
Prezident İlham Əliyevin Sərəncamı ilə Paşayev Məhəbbət Vaqif oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Vətən, torpaq uğrunda canından keçən şəhidlər heç zaman unudulmur, onlar qəlbimizdə əbədi yaşayır!
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular













.jpg)
























.jpg)

.jpg)