Qarabağ
Diqqətlər 30 yanvarda - Moskvada KRİTİK GÖRÜŞ
Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin görüşü yanvarın 30-da Moskvada baş tutacaq.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən bildirilib.
Qeyd olunub ki, tərəflər Cənubi Qafqazda nəqliyyat dəhlizinin yaradılması, xüsusilə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək, eləcə də Rusiya ilə Ermənistanı birləşdirəcək dəmir yolu xətlərinin inşasını müzakirə edəcək.
Daha əvvəl görüş 27 yanvar tarixinə təyin edilmişdi.
Xatırladaq ki, yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlardan sonra Rusiya Prezidenti Vladimir Putin tərəflərin Dağlıq Qarabağda iqtisadi əlaqələri və infrastruktur layihələrini inkişaf etdirmək üçün üçtərəfli qrupun yaradılması barədə bəyanat imzaladıqlarını açıqlamışdı.
İşçi qrupuna Azərbaycan tərəfdən Şahin Mustafayev, Rusiya tərəfdən Aleksey Overçuk rəhbərlik edəcək.
Zümrüd
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünün növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz













.jpg)








.png)

















