Qarabağ
Yeni idarəetmə forması bu vəzifənin öhdəsindən gələcək - Deputat
“İşğaldan azad olunmuş ərazilərimizdə yeni mülki idarəetmənin tətbiqi olduqca əlamətdar hadisədir. Bu vaxta qədər ayrı-ayrı güc strukturlarının nümayəndələri azad olunmuş ərazilərimizdə fəaliyyətə başlasalar da, mülki idarəetmənin forması və funksiyası müəyyən edilməmişdi. Nəzərə almaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ əvvəlki çıxışlarında bu mövzu ilə bağlı danışarkən bildirmişdi ki, işğaldan azad edilmiş ərazilərimizə elə idarəetmə forması tətbiq ediləcək ki, o, gələcəkdə digər ərazilərimiz üçün də model təşkil etsin. Ona görə də Şuşaya Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi əslində həm də ölkəmizdə yeni idarəetmə institutunun yaradılması kimi qiymətləndirilə bilər”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. O bildirib ki, yeni yaradılan idarəetmə institutu şaquli və birbaşa tabeçiliyə əsaslanır və olduqca çevik, səmərəli idarəetmə forması hesab edilə bilər:
“Çünki yeni forma dövlət bürokratiyasından kənar, birbaşa tabeçilik əsasında həyata keçiriləcək. Bu isə vəzifə və tapşırıqların daha sürətlə və çevik şəkildə yerinə yetirilməsini təmin edəcək. Hazırda Azərbaycanın tarixi böyük qayıdış planı var və o, artıq icra edilməkdədir. 2021-ci ilin büdcəsində bu qayıdışın infrastrukturunun və ilkin məskunlaşma şərtlərinin təmin edilməsi üçün 2,2 milyard maliyyə vəsaiti ayrılıb. Sürətli və səmərəli qayıdışın təmin edilməsi də paralel olaraq sürətli, çevik və şəffaf idarəetmə tələb edir. Yeni idarəetmə forması həm də oz funksionallığı ilə bu vəzifənin öhdəsindən gələcək. Şuşaya xüsusi nümayəndəsini təyin edən Azərbaycan Prezidenti onun qarşısında mühüm vəzifələr də qoydu.
Bu, hər şeydən öncə Şuşa şəhərinin tarixi görkəminin, tarixi-mədəni və dini abidələrimizin bərpa olunması, ənənəvi festivallarımızın və poeziya günlərimizin keçirilməsi, Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş şəhərimizin bütün infrastrukturunun modern əsaslarda yenidən qurulması və s. kimi mühüm işlərlə bağlı idi. Şuşada tətbiq edilən yeni idarəetmə forması və orada görüləcək işlər işğaldan azad edilmiş digər rayon və şəhərlərimizə də tətbiq edilməklə nümunəvi model rolunu oynayacaq”.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
