Qarabağ
Şuşanın özünəxas üslubu qorunmalıdır - RƏY
“Şuşanın yenidən qurulmasında müasirliyə üstünlük vermək olmaz. Şuşa Azərbaycanın qədim mədəniyyət paytaxtlarındandır. Ona görə də tarixi və özünəxas üslubu qorumaq lazımdır”.
Bunu Publika.az-a açıqlamasında Müstəqil Memarlar Assosiasiyasının (MMA) rəhbəri, memar Zenfira Budaqova deyib. Şuşanın yenidən qurulmasında şəhərin memarlıq üslubunun qorunmasına diqqət çəkən MMA rəhbəri əlavə edib ki, təkcə Şuşada yox, azad olunmuş bütün ərazilərimizdə dağıdılmış yerlər çoxdur:
“Onların özünü bərpa edə bilməsələr də, heç olmasa ona uyğun tarixi abidələr yaratmaq lazımdır. Dünyanın bütün nöqtələrindən Qarabağa, xüsusən də Şuşaya turistlər gələcək. Şuşa bütün dünyada məşhurdur. Hər tərəfdə səsi ucalmış qədim şəhərimizdir. Şuşada hündürmərtəbəli hotellər tikmək olmaz. Şəhərin memarlığına yad ünsürlər də arzuolunan deyil. Kiçik mərtəbəli hotellər ağ mərmərlərlə tikilməlidir. Dincəlmək üçün tikiləcək qonaq evləri də Şuşa memarlığına xas olmalıdır”.
Zenfira Budaqova hesab edir ki, yad elementlər Şuşanın ənənəvi memarlıq üslubuna xələl gətirə bilər:
“Yeni tikiləcək binaların üzlüyündə də qədim abidələrimizin ornamentlərindən istifadə etmək olar. Yenidənqurma işləri zamanı ilk növbədə Şuşanın qədimliyini saxlamaq lazımdır. Dağıdılmış ərazilərin bəzilərini də muzey şəklində qorumaq olar. Onları hasarların arasına almaq mümkündür, girişini də elə etmək lazımdır ki, hər kəs girə bilməsin. Dağıdılmış abidələrin bəzilərini gələcək nəsillərimizə göstərmək lazımdır ki, erməni vandalları görün bu gözəl şəhəri nə günə salıblar. Eyni zamanda, qoruq altına alınan dağıntıları gələn turistlərə göstərmək lazımdır”.
Tural Turan
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)

.png)

















.jpg)
.jpg)





