Qarabağ
Tarixçi alim erməniləri ifşa etdi - Rusiya mənbələri bunu təsdiqləyir
Şuşanın qədim Azərbaycan şəhəri olmasını hərtərəfli əsaslandırmağa ehtiyac yoxdur. Tariximizdə də, dünya ictimaiyyətinin əsas tarix nəzəriyyəsində də Şuşanın qədim Azərbaycan şəhəri olması təsbit olunub. Rusiya mənbələrində belə Şuşanın Qarabağ xanlığına, Azərbaycan türklərinə aid olması dəfələrlə öz əksini tapıb. Avropa və Amerikanın bəzi şəhərlərində Azərbaycan və türk xalqlarına qarşı anti-türk əhval-ruhiyyəsi ilə qarşılaşırıq. Təəssüflə qeyd etmək istərdim ki, bunu bəzi Qərb tarixçilərinin çıxışlarında da görə bilirik. Hər halda obyektiv olan tarixçi Şuşanın Azərbaycan şəhəri olmasını tarixi faktlar və sənədlərlə sübut edir.
Bu sözləri Publika.az-a açıqlamasında Bütöv Azərbaycan Ocaqları başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru Faiq Ələkbərli deyib. O qeyd edib ki, Şuşanın inkişaf etdirilməsi və abadlaşdırılması istiqamətində işlər sürətlə aparılmalıdır:
“Çünki ermənilər torpaq iddialarını anti-türk və anti-Azərbaycan dairələrindən alaraq irəli sürürlər. Ermənilərin təkcə Şuşa məsələsi ilə bağlı deyil, Azərbaycanın tamamilə nəzarətində olmayan ərazilərində də təxribatları davam edir. Ermənilər və onların arxasında dayanan havadarları Dağlıq Qarabağ məsələsində çox aktiv fəaliyyət göstərirlər. Bunların qarşısını almaq üçün tutarlı işlər görməliyik”.
Alim vurğulayıb ki, Şuşanın alınması əməliyyatı həm orta məktəb, həm də ali məktəb dərsliklərinə salınmalıdır:
“Bütün proseslər gələnilki dərsliklərə salınmalıdır. Özəlliklə dünya ictimaiyyətini heyrətləndirən Şuşa əməliyyatı və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələri tarix dərsliklərində ifadə olunmalıdır. Bununla bağlı filmlər çəkilməli və digər addımlar atılmalıdır. Azərbaycan əsgərinin Şuşada göstərdiyi qəhrəmanlığı yeni nəsilə çatdırmalı və elə formada təqdim etməliyik ki, milli ruh daha da güclənsin”.
Aytən Məftun
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə24 Oktyabr 20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
























.jpg)









