Qarabağ
Politoloq: "Mərkəz regionda təhlükəsizliyin bərqərar olmasına töhfə verəcək"
"Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması olduqca mühüm hadisədir. Monitorinq mərkəzində Türkiyənin təmsilçiliyi isə xüsusi olaraq əhəmiyyətlidir. İşğaldan azad edilən Ağdam rayonunun ərazisində inşa edilmiş mərkəzin əsas məqsədi üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir".
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə bağlı sualımızı cavablandırarkən deyib.
O qeyd edib ki, mərkəzin fəaliyyəti ilk növbədə təbii ki, regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək:
“Digər tərəfdən Türkiyənin regionda olması Cənubi Qafqazın geostrateji əhəmiyyətini, siyasi və iqtisadi nüfuzunu həm dəyişəcək, həm də daha təhlükəsiz edəcək. Əgər son yüz ildə Cənubi Qafqazda hərbi iştirak imkanına yalnız Rusiya malik idisə artıq Türkiyə silahlı qüvvələrinin də Azərbaycanda yerləşməsi ilə bölgədə qüvvələr nisbəti dəyişmiş olacaq. Başqa sözlə Türkiyə silahlı qüvvələrinin beynəlxalq hüquqa uyğun olaraq Azərbaycana daxil olması Cənubi Qafqazda güclər balansını dəyişəcək. Türkiyənin NATO üzvü olduğunu nəzərə alsaq, bu həm də adıçəkilən alyansın Cənubi Qafqazda təmsilçiliyi anlamına gələ bilər. Ona görə də deyə bilərik ki, Türkiyənin Cənubi Qafqaza, xüsusilə Qarabağa hərbi qüvvə göndərməsi NATO-nun da maraqları çərçivəsindədir.
Mərkəzin fəaliyyətə başlaması ilə artıq təkcə Rusiya deyil, Türkiyə də Qarabağda atəşkəsə nəzarət edəcək ki, bu da Azərbaycan tərəfini narahat edən bir sıra problemlərin daha operativ şəkildə aradan qaldırılmasına imkan verəcək. Ümid edirəm ki, bundan sonra Ermənistan rəsmilərinin Xankəndinə səfərlər etməsi də əngəllənmiş olacaq. Çünki gərginliyin artmasına və nəticə etibarilə atəşkəsin pozulmasına gətirib çıxaracaq əsas məsələlərdən biri məhz elə qanunsuz səfərlərlə bağlıdır. Mərkəzin fəaliyyəti həmçinin Rusiya sülhməramlılarının fəaliyyətini də çərçivəyə salacaq və onların vəzifələrini aşan hərəkətlərinə son qoyacaq”.
Aytən Məftun
-
Rəsmi xronika13:36İlham Əliyev təsdiqlədi: Gələn ildən...
-
İdman13:24Dünyanın ən seksual qadın futbolçusu məşqdən paylaşdığı FOTOLARLA hər kəs heyran etdi
-
Yaxın Şərq13:18İrana hücum fevralın 21-də başlamalı imiş: Bu səbəbdən təxirə salınıb
-
Nida Xəbər 12:24BDU tələbələri ilə bağlı nalayiq paylaşımlar davam edir - Foto
-
Nida Xəbər 11:51İranda Azərbaycan vətəndaşları xəsarət alıb? - Rəsmi
-
Yaxın Şərq11:12Təsdiqləndi: ABŞ-ın üç əsgəri bu ölkədə öldürülüb
-
Rəsmi xronika10:40Prezident Bakıda məişət tullantıları daşıyan texnikalara baxdı - FOTO
-
İqtisadi gündəm10:18Azərbaycanda bu məhsullar bahalaşacaq

















.jpg)











.jpg)
.jpg)





