Qarabağ
Onlar xəbərdarlıqlardan nəticə çıxarmalıdır - Elman Məmmədov
“İşğaldan azad olunan ərazilərdə idarəetmə ilə bağlı cənab Prezident yanvarın 19-da müvafiq fərman imzaladı. Bu fərman işğaldan azad olunan ərazilərdə Prezident İlham Əliyevin xüsusi səlahiyyətli nümayəndələrinin təyin olunması ilə bağlıdır. Bu, təsadüfən imzalanan sənəd deyil. Cənab Prezident sınaqlardan keçmiş, özünün inandığı və etibar etdiyi, əqidəcə, mənəviyyatca dürüst olan insanlardan həmin yerlərə səlahiyyətli nümayəndələrini təyin edəcək ki, bu yerlərdə olan bütün iş və fəaliyyətlərə nəzarət etsin”.
Bu fikirləri Publika.az-a danışan millət vəkili Elman Məmmədov deyib.
Deputat qeyd edib ki, xüsusi nümayəndələrin bu ərazilərə təyin olunması Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına verdiyi müsahibədə toxunduğu məsələlərin qarşısını almaq üçündür: “Bir çoxları elə bilir ki, işğaldan azad olunan ərazilərə hələ ki, əhali qayıtmayıb deyə boş ərazilərdir, bizim əlimizdə imkan var, pulumuz var və səlahiyyət sahibiyik, orada gedib nələrsə edə bilərik. Ölkə başçısı birmənalı olaraq öz çıxışında belə fikirləşənlərin qarşısına xətt çəkdi, onların fikirlərinin önünə böyük bir nida işarəsi qoydu. Bu, qətiyyən olmaz. Hər şey nəzarətdədir və Prezident öz çıxışı ilə bir daha göstərdi ki, hər bir şey məhz onun nəzarətindədir”.
E.Məmmədov əlavə edib ki, bütün bərpa və tikinti işləri, görüləcək, yaradılacaq nələr varsa, infrastrukturlar, evlər, abidələrin bərpası və s. hamısı dövlət başçısının nəzarətində olacaq: “Prezident xüsusilə Şuşanı vurğuladı ki, biz oranı mədəniyyət paytaxtı elan etmişik, Şuşa tarixi şəhərdir. Abidələr şəhəridir ora. Kim fikirləşsə ki, Şuşada nələrsə edəcək, bunlar olmayacaq. Bəlkə də Şuşanın işğalına qədər, yəni 1992-ci ilə qədər xaotik, qarışıq olaraq kimlərsə orada nələrsə etmişdi. Onların da hamısına son qoyulacaq. Şuşa və işğaldan azad olunan rayonlarımız yenidən qurulacaq.
Prezidentin də dediyi kimi, yeni layihələrlə - “ağıllı şəhər”, “ağıllı qəsəbə”, “ağıllı kənd” layihələrilə orada hər bir iş görüləndə də bundan ölkə başçısının xəbəri olacaq və onun icazəsi ilə baş tutacaq. Özfəaliyyət və özbaşınalıq olmayacaq. Hesab edirəm ki, xəbərdarlıqlardan vəzifə səlahiyyətlilərinin hamısı lazımi nəticə çıxarmalıdırlar. Dövlət başçısının səsləndirdiyi fikirlər xalqın ürəyincə olan fikirlərdir və yaxın gələcəkdə qayıdış dövründə bərpa edəcəyimiz, qurub yaradacağımız nələr varsa, onlar ən yüksək səviyyədə olacaq”.
Akqabay Mıradov
-
Sosial13:09İlham Əliyev sərəncam imzaladı
-
Region13:02Ermənistanda sabiq deputat da saxlanıldı: Paşinyanı hədələdi
-
Rəsmi xronika12:45İlham Əliyevin kabinetindəki yeganə heykəl... - Kimdən yadigardır? - FOTO
-
Dünya12:16SEPAH bu ölkədə gizli hücrələr yaradıb, hücumlar təşkil edib - İfşa olundu
-
Dünya11:50Zelenski 40 dəqiqə söhbət etdiyi Lula da Silvadan nə xahiş edib?
-
Magazin110:06Dünən sünnət olunan ingilis Azərbaycanda evləndi - VİDEO
-
Hadisə09:13Zooparkda dəhşət: 3 yaşlı uşağı timsahların ağzına atdı
-
Yaxın Şərq08:24Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı






.png)
































