Qarabağ
Xarici diplomatların Cəbrayıl və Zəngilana səfər proqramı açıqlandı
Bu gün diplomatik korpusun ölkəmizə akreditə olunmuş nümayəndələrinin və hərbi atteşelərin Cəbrayıl və Zəngilan rayonlarına səfəri təşkil olunur.
Publika.az xəbər verir ki, məqsəd diplomatları Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, cinayət izləri ilə tanış etməkdir.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələri Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndində və Cəbrayılın şəhər mərkəzində olacaqlar. Orada məşhur fotoqraf Reza Deqatinin şəhərin işğaldan əvvəlki və sonrakı vəziyyətini özündən əks etdirən fotoları nümayiş etdiriləcək. Burada dağıdılmış qəbiristanlığın, məhv edilmiş tarixi-mədəni abidələrin (canlı skripka performansı), eyni zamanda "Çinar" çay evinin görüntüləri sərgilənəcək.
Daha sonra səfər Azərbaycanın dəyərli tarixi incilərindən olan Xudafərin körpüsü ilə tanışlıqla davam edəcək.
Ardınca dipomatların Zəngilan rayonuna səfəri təşkil olunacaq. Onlar burada ermənilər tərəfindən dağıdılmış şəhər məscidi, şəhər mərkəzi və digər tikililəri ziyarət edəcəklər.
Sonra nümayəndələr Zəngilan rayonununun Mincivan qəsəbəsində ərazinin vəziyyətini, ermənilərin törətdikləri vəhşiliyi öz gözləri ilə görəcəklər.
Akqabay
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular













.jpg)
























.jpg)

.jpg)