Qarabağ
Aydın Hüseynov - Bu, böyük qayıdışın vacib mərhələsidir
Cənab Prezidentin Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri onu göstərdi ki, işğaldan azad olunmuş bölgələrimizdə artıq böyük işlərə start verilib. Bu, böyük qayıdışın vacib mərhələsidir.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Aydın Hüseynov qeyd edib. O bildirib ki, bölgələrdə kənd təsərrüfatı və əkinçiliyin inkişaf etdirilməsi ilə bağlı Prezident öz tapşırıqlarını verib:
“Suvarma işləri ilə yanaşı, bölgənin elektrik enerjisi ilə təmin olunması qarşıda duran əsas məsələlərdir. Bu, digər infrastrukturun, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsini tənzimləmiş olacaq. Artıq bir elektrik stansiyasının təməlqoyması həyata keçirilib, yaxın günlərdə bu elektrik stansiyası işə düşəcək. Digər elektrik stansiyaları ilə bağlı cənab Prezident öz tapşırıqlarını verib.
Həm kənd təsərrüfatı, sənaye, tikinti materialları, həm də turizm potensialı baxımından Qarabağın böyük iqtisadi gələcəyi var. Qarabağda iqtisadiyyatın inkişafı və ölkə iqtisadiyyatına inteqrasiya etdirilməsi istiqamətində mühüm addımlar atılır”.
Deputat qeyd edib ki, bərpa və yenidənqurma işləri həm yerli, həm də xarici şirkətlərin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir:
“Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməlinin qoyulması, ümumilikdə nəqliyyat infrastrukturunun inkişafının strateji əhəmiyyəti odur ki, azad edilmiş torpaqlara vətəndaşların gəlməsini, yüklərin daşınmasını, həm də Naxçıvanla əlaqəni təmin edəcək. Naxçıvanla Azərbaycan arasında dəmir yolunun işə düşməsi təkcə ölkə üçün deyil, bölgə iqtisadiyyatı üçün də tarixi əhəmiyyətli layihədir.
Zəfər qələbəsindən sonra regionda sülhün və təhlükəsizliyin təmin olunması ilə yanaşı, böyük iqtisadi layihələr həyata keçirmək üçün ciddi addımlar atılır”.
Aytən Məftun
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi








.jpg)

.png)



.png)














.jpg)
.jpg)





