Qarabağ
Hacı Şahin: “Xocalı şəhidlərinin qisası alındı”
Xocalı soyqırımını Azərbaycan bu il artıq Qarabağ müharibəsində qələbə qazanmış bir xalq olaraq qeyd edir. Biz qələbə qazansaq da, bu faciəni unutmamalıyıq. Bu, düşmənimizin qəddarlığını göstərən bir tarixdir. Düşmənimizi ifşa etməkdə, vəhşi və çirkin mahiyyətini üzə çıxarmaqda Xocalı hadisəsinin rolu var. Odur ki, biz Xocalı soyqırımını hər il xüsusi qeyd etməliyik. Bu faciəni dünyaya çatdırmağa davam etməliyik.
Bu sözləri Publika.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənli deyib. İlahiyyatçı qeyd edib ki, Vətən müharibəsində qələbə qazansaq da, Xocalı faciəsini hər il olduğu kimi geniş şəkildə qeyd və təbliğ etməyə davam etməliyik:
“Hələ də pandemiya şəraitindəyik. Karantin rejimi tətbiq edildiyindən məscidlər insanlar üçün açıq deyil. Lakin Qafqaz Müsəlmanları İdarəsinin qərarına əsasən, məscidlərdə soyqırımı qurbanlarının xatirəsinə Quran oxunacaq, şəhidlərimizin ruhu yad ediləcək. Eyni zamanda, din xadimləri xütbələr oxuyacaq, canlı yayım vasitəsi ilə çıxışları olacaq”.
Hacı Şahin Həsənli bildirib ki, qazanılmış qələbə ilə birlikdə şəhidlərimizin ruhu da rahatlıq tapıb:
“Şəhidlərimizin bizdən gözləntisi var idi. Ümumiyyətlə, Qarabağ müharibəsində, Xocalı faciəsində həyatını itirmiş sakinlərin ruhu sağdır. Quranda da buyrulub ki, şəhidlər ölmür. Onların ruhu dünyada gedən prosesləri görür. Şəhid sözü şahid olan, hər şeyi görən deməkdir. Bu mənada şübhəsiz ki, şəhidlərimizin ruhu indi şaddır, Azərbaycan Ordusu onların qisasını aldı. Nəhayət ki, öz ordumuzun gücü və dövlətin siyasəti ilə ədaləti bərqərar etdik. Bu nailiyyətləri qorumaq bizim başlıca missiyamızdır.
Qarabağda yaşayan ermənilər ölkənin qanunlarına əməl edəcəksə, sülh şəraitində və qarşılıqlı hörmət şəklində yaşamağa hazırıq. Lakin biz hiyləgər bir düşmənlə üz-üzəyik, başımıza gələn faciələri unutmamalı və arxayınlaşmamalıyıq. Heç bir halda ayıq-sayıqlığı itirməməliyik, bütün mövzularda səfərbər olmalıyıq”.
Aytən Məftun
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi



































.jpg)


