Qarabağ
Xorvatiya nəşrində Qarabağ haqqında geniş reportaj dərc olundu - FOTO
Xorvatiyanın “Vecernjeg lista” (Axşam qəzeti) nəşrinin müxbiri Həsən Heydər Diab Qarabağa səfər edərək geniş reportaj hazırlayıb.
Publika.az xəbər verir ki, o, gördüklərini fotosübutlarla sənədləşdirib. Jurnalistin təəssüratları təmsil etdiyi media qurumunun saytında öz əksini tapıb.
Əslən bosniyalı olan jurnalist Qarabağ müharibəsinin bütün digər savaşlar kimi ağrılı-acılı və itkilərlə müşayiət olunan bir qarşıdurma olduğunu yazıb.
O, burada Erməni tərəfinin xüsusi qəddarlıq göstərməsi və dinc Azərbaycan şəhərlərini raketlərdən atəşə tutması faktlarını qeyd edib. Diab beynəlxalq hüquqa görə ərazilərin Azərbaycana məxsus olduğunu bir daha xatırladıb.
İndiyədək bir çox döyüş meydanlarında – Suriya, İraq, Liviya və Livan kimi ölkələrdə olduğunu bildirən jurnalist Qarabağda gördüklərindən dəhşətə gəldiyini gizlətməyib. Bu torpaqlardakı dağıntıların miqyası onu çox təəccübləndirib.
Həsən Heydər həmçinin Qarabağın niyə bu qədər vacib olduğuna da aydınlıq gətirməyə çalışıb. Onun sözlərinə görə, bu bölgə ilk növbədə iqtisadi potensialına görə diqqət çəkir və məhz bu baxımdan həm Ermənistan, həm də Azərbaycan üçün önəmlidir. Jurnalist Qarabağın zəngin təbii ehtiyatlarından, o cümlədən ərazidəki qızıl yataqlarından, meşə ehtiyatlarından da bəhs edib. O təəssüflə bildirib ki, işğal illərində bölgənin bu ehtiyatları vəhşicədinə talan edilib, meşələr kütləvi şəkildə qırılıb.
Məqalədə Qarabağın tarixinə geniş səyahət edən Diab bu ərazilərin bütün beynəlxalq sənədlərdə Azərbycana məxsus olmasını və 30 ilə yaxın nəticəsiz danışıqların aparılmasını xatırladıb. O, həmçinin işğal illərində bu torpaqlarda dünyanın müxtəlif yerlərindən gətirilən erməni ailələrinin qanunsuz şəkildə məskunlaşdırıldığını qeyd edib.
Sonda məqalə müəllifi azərbaycanlıların öz doğma yurdlarına qayıtmağı necə həsrətlə gözlədiklərini və bu günün uzaqda olmadığını bildirib.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





























.jpg)







.jpg)


