Qarabağ
Qazaxın 7 kəndi haqda son məlumatlar: Barxudarlı boşaldılıb, Azərbaycan əsgəri... - FOTO
Qazaxın işğal altında olan 7 kəndinin boşaldılması ilə bağlı xəbərlər yayılıb.
Publika.az xəbər verir ki, erməni mənbələr Barxudarlı kəndinin boşaldığını, digər kəndlərin (Sofulu, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli) təhvil verilməsi ilə bağlı işlər aparıldığını yazır.
Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan deyir: "Hazırda Azərbaycan əsgərləri və sülhməramlılar Tavuş bölgəsinin keçmiş Barxudarlı kəndi yaxınlığındakı Azatamut icmasında sərhədin demarkasiya işlərini aparır. Soydaşlarımıza yaxınlaşaraq, çayın üzərindəki anbarları və evləri boşaltmağı tələb ediblər. Biz qaytarırıq, lakin Azərbaycan Artsvaşeni (Başkənd) bizə qaytarmır".
Başkənd SSRİ vaxtında erməni anklavı olaraq tanınıb. Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi qaytarılacağı təqdirdə, Başkəndin də qaytarılacağı haqda fikirlər var idi.
Azərbaycanın Ermənistan tərəfdə qalan üç anklavı var: Kərki kəndi, Qazaxın Barxudarlı və Aşağı Əskipara kəndləri.
Barxudarlı anklavının boşaldığı xəbərləri doğrudursa, bu, digər kəndlərin azad edilməsinin daha tez baş verəcəyini deməyə əsas verir.
Azatamut icmasının rəhbəri Artur Beqinyan demarkasiya işlərinin aparıldığı xəbərini təkzib edib, lakin qeyd edib ki, onu müxtəlif yerlərdən çağırırlar.
“Bölgədə rusların olduğu dəqiqdir, ancaq hansı məqsədlə burdadırlar, onu bilmirəm”, - icma rəhbəri qeyd edib.
Ermənistan Müdafiə Nazirliyi yayılan xəbərləri təkzib edib. Erməni jurnalistlər isə Tavuş valisinin zənglərə cavab vermədiyini yazırlar. Daha sonra vali Hayk Çobanyan məlumatları təkzib edən yazılı açıqlama verib.
Bütün bunların fonunda bir fakt xüsusi diqqət çəkir: Tavuş bölgəsində olan erməni Vardan Zakaryan Feysbuk hesabında yazır ki, ona verilən sürücülük vəsiqəsində doğum yeri kimi Azərbaycan göstərilib...
Asif Nərimanlı
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi
-
Magazin120 Sentyabr 19:24Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
-
Qarabağ 20 Sentyabr 18:24Xankəndidə Şəhər Günü belə qeyd edildi - FOTO
















.jpg)
















