Qarabağ
Qarabağda yeni toqquşma ola bilərmi? - Polkovnik DETALLARI AÇDI
Ölkə başçısı İlham Əliyev son çıxışlarında sülhməramlıların fəaliyyətindəki müəyyən nöqsanları dilə gətirdi. Prezident qeyd etdi ki, sülhməramlıların bəzi xoşagəlməz hərəkətlərindən rəsmi Bakı xəbərdardır.
Belə olan halda Azərbaycan hansı addımları ata bilər?
Hərbi ekspert, Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanov Publika.az-a açıqlamasında söyləyib ki, müəyyən zaman kəsiyindən sonra hər şey yoluna düşəcək: “Doğrudur, cənab Prezident qeyd etmişdi ki, rusiyalı sülhməramlıların fəaliyyətində müəyyən səhvlər, çatışmazlıqlar var. Düşünürəm ki, bu cür halların sayının azalmasının əsas yolu nəzarətdir. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu məsələlərə birgə nəzarət edərək bu kimi halların sayını minimuma gətirib çıxara bilər. Prinsipcə səhvlərin az olması üçün nəzarət mexanizmi güclü olmalıdır ki, biz onların fəaliyyəti haqqında vaxtında məlumat alaq. Bununla da proseslərə reaksiyamızı göstərə bilək”.
Polkovnik baş verən hadisələr fonunda Qarabağ cəbhəsində yeni qarşıdurmaların baş verəcəyinə inanmır: “Ermənistan ordusu darmadağın olub. Azərbaycan Ordusu öz ərazi bütövlüyünü bərpa edib. İndi Ermənistanla dövlət sərhədində öz xidmətini aparır. Azərbaycanın gücü yetərincədir. Hazırda Ermənistanda gedən proseslər ölkəni irəliyə yox, geriyə aparır. Bu ölkədəki siyasi proseslər erməni cəmiyyətini parçalayıb. Nəzərə alaq ki, vaxtilə işğal altında olan ərazilərimizdə xidmət aparan ermənilər də öz xoşları ilə yox, məcburiyyət altında orada xidmət edirlər. Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, üçüncü Qarabağ müharibəsinin başlanması ilə bağlı hər hansı ehtimal yoxdur. Digər tərəfdən, Ermənistandakı revanşist müxalifət müharibəyə daha çox meyllidir”.
Hərbi ekspertin fikrincə, müəyyən qüvvələr var ki, yenidən Ermənistanı silahlandırmağa və Qarabağda münaqişə ocağını yenidən gərginləşdirməyə can atır:
“Bilirik ki, bu, xaricdə olan erməni diasporları və qüvvələrdir. Belə olan halda, cənab Prezidentin də dediyi kimi, bundan sonra da Azərbaycan Ordusu ən müasir silahlarla silahlanacaq. Ordumuzun arsenalını daha da gücləndirəcəyik. Əgər ermənilər yenə ərazilərimizə göz diksə, dəmir yumruq yerindədir və öz gücünü göstərəcək. Torpaqlarını azad edən ordu ərazilərini qorumağa da qadirdir. Ona görə də düşünmürəm ki, yenidən belə bir vəziyyət yaransın. Buna baxmayaraq, biz yenə də barıtımızı quru saxlamalıyıq. Ehtiyatımızı əldən verməməliyik”.
Tural Turan
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...



































.jpg)
.jpg)

