Qarabağ
Şuşada Atatürk və Pənahəli xan küçəsi – TARİXİ ŞİFRƏLƏR
Şuşanın azad olunmasından sonra işğal dövründə ermənilərin küçələrə verdiyi qondarma adlar da dəyişdirilir.
Publika.az xəbər verir ki, “Yandex” xəritəsində Şuşanın küçələri arasında diqqət çəkən adlardan biri Atatürkün və Pənahəli xanın adına küçələrin olmasıdır.
Atatürkün adının verildiyi küçə işğal dövründə Aram Manukyan adlanırdı: “Vanlı Aram” kimi tanınan Manukyan 1915-ci ildə Osmanlıya qarşı ermənilərin Vanda qaldırdığı qiyama rəhbərlik edib.
Pənahəli xanın adının verildiyi küçə isə işğal dövründə ermənilər tərəfindən Qaregin Njde adlandırılıb.
Erməni terrorunun ideoloji banilərindən olan, II Dünya müharibəsində nasistlərə xidmət etmiş Njdenin adı azad Şuşadan təmizlənir, Qarabağ xanı, şəhərin qurucusu Pənahəli xanın adı gətirilir.
Niyə ermənilərin Njdenin adını verdiyi küçəyə məhz Pənahəli xanın adı?
Njde XX əsrin əvvəlində Azərbaycanın tarixi yurdu Zəngəzurun işğalına rəhbərlik edib. Zəngəzur mahalını Qarabağ xanlığına birləşdirən isə Pənahəli xan idi.
Təsadüfi deyil, hər iki seçimdə - Atatürk və Pənahəli xan – incə və tarixi mesaj var:
- Osmanlıya qarşı qiyam qaldıran “Vanlı Aram” Atatürklə əvəzlənir və bununla qondarma “erməni soyqırımı” iddiasına Şuşadan cavab verilir;
- Zəngəzuru Qarabağ xanlığına birləşdirən, Şuşanı inşa edən Pənahəli xanın adı da ermənilərin Njde adlandırdığı küçəyə verilir, bununla Zəngəzurun da Azərbaycan torpağı olduğu tarix kontekstində xatırlanır;
Asif
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur


















.jpg)

















.jpg)
.jpg)

