Qarabağ
Novruzu Qarabağda qeyd etmək hər kəsin arzusu idi - Deputat
Şuşada, Cıdır düzündə Novruz tonqalı qalamaq və bayramı Qarabağda qeyd etmək vaxtı ilə hər kəsin arzusu idi. Artıq “O gün olsun, Novruz bayramını Şuşada qeyd edək” kimi ifadələr qüvvədən düşüb. Dünən ölkə Prezidenti cənab İlham Əliyevin Novruz bayramını Şuşada qeyd etməsi və Cıdır düzündə zəfər tonqalını yandırması bu baxımdan tarixi hadisə idi.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib. O bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən və ərazi bötövlüyünü təmin etməsindən sonra ilk dəfədir ki, ən qədim tarixi ənənələri özündə birləşdirən Novruz tonqalı Cıdır düzündə yandırıldı:
“Novruz bayramının Şuşada, Cıdır düzündə qeyd olunması tarixi hadisədir. Əlbəttə ki, bu, dost xalqlara və dünya azərbaycanlılarına çox böyük sevinc hissi bəxş etdi. Digər tərəfdən, zəfər tonqalı düşmənlərimizə dağ verdi. İlham Əliyev Cıdır düzündən xalqa müraciətində də qeyd etdi ki, bu qələbə xüsusilə ordu quruculuğunda görülən tədbirlərin nəticəsidə əldə edilib. Həm ölkənin iqtisadi baxımdan inkişaf etməsi, gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi, Azərbaycanın diplomatik müstəvidə dost və tərəfdaşlarının artması, Azərbaycan Prezidentinin bütün platformalarda Ermənistanı işğalçı dövlət kimi tanıtması, həm də torpaqlarımızın 20 faizinin işğala məruz qaldığını elan etməsi, xalqımıza qarşı törədilən soyqırımıların dünyaya çatdırılması beynəlxalq təşkilatlarda Qarabağ münaqişəsinin hüquqi bazasının yaradılması demək idi. Xalqımız 44 günlük müharibədə birlik nümayiş etdirdi, dəmir yumruq oldu. Bu dəmir yumruğu ilə düşmənə sarsıdıcı zərbə endirdi. Düşmən 44 ildən sonra də bu zərbənin təsirindən özünə gələ bilməyəcək. Bu qələbə Azərbaycan tarixinin ən böyük qələbəsidir, xalqımızın özünüdərkini, qürurunu və milli ruhunu özünə qaytardı. Azərbaycan bundan sonra tarixdə zəfər çalmış böyük bir xalq kimi yadda qalacaq. Ali Baş Komandanın rəhbərliyi və xalqımızın iradəsi sayəsində Azərbaycan daha güclü və daha inkişaf etmiş bir ölkəyə çevriləcək. Prezident çıxışında onu da qeyd etdi ki, biz ayıq-sayıqlığımızı itirməməliyik və ölkəmizin daha da güclənməsi üçün bütün səylərimizi ortaya qoymalıyıq”.
Aytən Məftun
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)

.png)

















.jpg)
.jpg)





