Qarabağ
Prezidentin bu fikirləri hər birimizdə qürur yaradır - Pərvin Kərimzadə
"Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır. Düşmənin dağıdıb viran qoyduğu, Azərbaycan dövlətinin bərpa və yenidən qurulmasını həyata keçirdiyi yurd yerlərimiz bu gün başqa bir büsata, başqa bir ovqata bürünüb".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvin Kərimzadə söyləyib. Deputat qeyd edib ki, ümummilli liderin xilaskarlıq missiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə Şuşada, Cıdır düzündə bayram tonqalını alovlandırması, soydaşlarımızı bayram münasibətilə təbrik etməsi, tonqal ərafında səsləndirdiyi fikirlər düşmənə, onların havadarlarına növbəti siyasi mesaj oldu:
" "Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik". Bayram tonqalını alovlandıran Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər hər birimizdə qürur və iftixar yaradır".
Pərvin Kərimzadənin fikrincə, 2021-ci ilin Novruz bayramının düşmən tapdağından azad edilən torpaqlarda qeyd edilməsi müstəqil Azərbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu günlərindəndir: "Azərbaycan Prezidentinin "Gəlmişik və burada dayanmışıq. Müzəffər Ordunun Ali Baş Komandanı kimi dayanmışam qədim Azərbaycan torpağında və heç kim bundan sonra bizi buradan çıxara bilməz" sözləri düşmənə ən mühüm mesajdır. Erməni vandallarının dağıdıb, viran qoyduğu şəhərlərin, kəndlərin yenidən dirçəldilməsi, qalib xalqın Prezidentinin məşhur Cıdır düzündə bayram tonqalını alovlandırması mədəniyyətimizə, tariximizə, torpaqlarımıza sahib çıxmaq istəyən düşmənə tərs şillə olmaqla yanaşı, tarixi ədalətin bərpasının, Azərbaycan xalqının o torpaqlara qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıtmasının daha bir təsdiqi oldu".
Tural Turan
-
İdman06:16Ronaldo zəmanət aldı, gələcəyi ilə bağlı qərar verdi
-
ABŞ02:00ABŞ SEPAH-ın mənzil-qərargahını belə məhv etdi - Video
-
Qoroskop01:40Günün ulduz falı: tələsik qərarlar verməyin!
-
Dünya00:55Bu gecə dünya onların sonuna şahid olacaq - İranın yeni Ali liderindən mesaj
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə














.jpg)
















.jpg)
.jpg)




