Qarabağ
Novruz tonqalının Şuşada yandırılması tarixi ədalətin bərpasıdır - Deputat
"Ölkə başçısı tərəfindən builki Novruz tonqalının məhz Şuşada yandırılması tarixi ədalətin bərpa edilməsidir. Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin Şuşada bayram tonqalı ətrafında Azərbaycan xalqının Novruz bayramını təbrik etməsi hər bir azərbaycanlını qürurlandırır. Ölkə başçısı Cıdır düzündən Azərbaycan xalqına müraciətində söylədi ki, Şuşa dağıntılara məruz qaldı, buradakı tarixi abidələrimiz mənfur düşmənlərimiz tərəfindən dağıdıldı. Ancaq Şuşa əyilmədi, sınmadı, öz ləyaqətini qorudu".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov ölkə başçısı İlham Əliyevin öz ailəsi ilə birgə builki Novruz bayramı tonqalını Şuşada qalamasından və tonqal ətrafında Azərbaycan xalqına etdiyi müraciətində səsləndirdiyi fikirlərdən danışarkən deyib. Millət vəkili bildirib ki, bu ləyaqəti şərəflə, iftixarla qoruyan Şuşa, Azərbaycan xalqı builki bayramı sevinclə qeyd edir:
"Uzun illər bir-birimizə təbriklərimizdə, fikirlərimizdə, alqışlarımızda bir fikri söyləyərdik. Deyərdik ki, gün o gün olsun ki, növbəti bayramı Şuşada, Cıdır düzündə, eləcə də işğal altındakı digər ərazilərimizdə qeyd edək. Biz artıq öz torpaqlarımıza qovuşduq. Bu tarixi hadisə hər bir azərbaycanlının qəlbində sevinclə, iftixarla daima yadda qalacaq. Şuşa həm də Azərbaycanın milli ruhunu qoruyan şəhər kimi xüsusi əhəmiyyətə malikdir. 28 il işğal altında qalan Şuşadan Azərbaycan xalqının irsini silmək mümkün olmadı. Dağıntılara məruz qalsa da, yenidən özümüzə, öz sahibinə qayıtdı. Bu, asan başa gəlmədi, müzəffər Ali Baş Komandanımızın uzaqgörən siyasəti nəticəsində buna nail olduq".
Tural Turan
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)