Qarabağ
Aprel döyüşlərinin münaqişə tarixində beynəlxalq əhəmiyyəti var - Şərh
İkinci Qarabağ müharibəsində şəhid olan bütün əsgər və zabitlərimizin əziz xatirəsini yad edir və ruhları qarşısında baş əyirik. Çox böyük qəhrəmanlıqlar göstəriblər. Heç şübhəsiz ki, Aprel döyüşlərinin münaqişə tarixində beynəlxalq əhəmiyyəti var.
Bu sözləri Publika.az-a açıqlamasında Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov deyib. O bildirib ki, Aprel döyüşləri 25 il müddətində ermənilərin məğlubedilməz olduğu sindromunu sındırdı:
“Ermənistan ordusu darmadağın edildi. Aprel döyüşləri bugünkü qələbəmizin fundamentini qoydu və ermənilər ağır məğlubiyyətə uğradı. Bu döyüşlərdə əsgər və zabitlərimiz böyük qəhrəmanlıq, şücaət göstərdi. Ermənilər Azərbaycan əsgərinin nəyə qadir olduğunu gördü. Onlarda həqiqi mənada xof yarandı. Özləri haqqında yaratdıqları məğlubedilməzlik mifologiyası puç oldu. Aydındır ki, Ermənistan torpaqlarımızı xarici himayədarlarının hesabına işğal etmişdi. Sözsüz ki, Azərbaycan bu işğalla barışmaq niyyətində deyildi. Aprel döyüşlərində bunun ilk nümunəsini gördük. Biz bu işğalla barışmadıq və torpaqlarımızın bir hissəsini azad etdik, strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini geri qaytardıq. Bu, ermənilərə dərs olmadı. Gözlənilməz zərbə nəticəsində İkinci Qarabağ müharibəsi dövründə bunun bədəlini çox ağır şəkildə ödədilər. Müzəffər ordumuz böyük qələbə qazandı, torpaqlarımızı işğaldan azad etdi, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi və münaqişəyə birdəfəlik son qoydu”.
Aytən Məftun
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






































.jpg)

.jpg)